Xoşbəxtliyin sirrləri

Son güncelleme: 06.01.2010 11:53
  • Xoşbəxt olmaq çətindirmi ? Nəfəs almaq bir xoşbəxtlik deyilmi?

    1- Əsla deməyin (heç vaxt "əsla" deməyin)

    2- ''Amma'' və ''lakin'' deməyin!

    3- ''Fərq etməz'' desəniz yalan danışmış olarsınız, hər şey fərq edər.

    4- Heç bir cümlənizin hərəkəti '' mış,miş ''və ya ''lar, lər ''və ya ''mişler,mışlar''və ya ''larmış,lermiş'' lə bitməsin, bunlar sizin bilmədiyiniz və görmədiyiniz ,başqasının izah etdiyi hərəkətlədir və bunlara görə hərəkət həm sizə həm qarşınızdakına zərər verər.

    5- Başqasının yerinə düşünməyin !!

    6- Başqasının yerinə qərar verməyin !!

    7- Eqoistcə yaşayın, onsuz da insan eqoistdir və özü üçün yaşayır, əksini söyləyib və ya düşünüb özünüzü aldatmayın, beləcə kim olduğunuzu və harada olduğunuzu bilərsiniz. Başqalarına daha az zərər vermiş olarsınız.

    8- Müsbət düşüncə ilə yaxınlaşın mövzulara edəcəyəm, bacaracağam

    9- Əsla imtina etməyin

    10- Keçmişi mühakimə etməyin, onsuz da heç bir faydası olmayacaq, keçmişinizdən yalnız təcrübə olaraq faydalanın və bədbəxtsinizsə təkrar etməyin !

    11- Xoşbəxt olmaq və irəliləmək üçün yaşanan şeyləri təkrar yaşamayın, yaşanmışlardan faydalanın (alovun əli yandırdığını öyrənmək üçün əlinizi alovun içinə soxmağa ehtiyac yoxdu , ətrafınıza baxmaq və bu haqda oxumaq kifayətdir)

    12- Özünüzə və ətrafınızdakılara - güvənin və onları sevin, amma heç bir vaxt ehtiyatı əldən verməyin və ən yaxın adamnızdan belə hər an zərbə gözləyin və buna hər an hazır olun!!!

    13- Ümumiləşdirmə etməyin! (məs: bütün kişilər yaxud qadınlar)

    14- Siz hiss etdiyinizi yaşayın ,dünya bəyənməsin siz bəyənirsinizsə bu yetərlidir.

    15- Bir xoşbəxt anı yaşamaq üçün illər sərf etmək müvəffəqiyyətsizlikdir, müvəffəqiyyət bir anda illəri yaşaya bilməkdir. Həmişə buna çalışın !!!

    16- Mən həmişə verirəm, almıram deməyin, yalnız versəniz, verməyi bilmədiyinizdən o heç bir yerə getməz.
    Almağı bilməyən verə bilməz, verməsini bilməyən ala bilməz, ağlamasını bilməyən həqiqətən gülə bilməz, kədərlənməsini bilməyən sevinə bilməz. Hər şeyin tarazlığı vardır.

    17- Və qərar verin, bu an sizin də yeni bir həyata başlama anınız olsun !!

    Bunları tətbiq etmək çoxmu çətindir ?
    Burada yazılanları tətbiq edin həyatınızın dərhal dəyişdiyini görəcəksiniz
#06.01.2010 11:53 0 0 0