Sağ əliniz yerinə bir az da sol əlinizi istifadə etməyə başlayın. Saçlarınızı sol əlinizlə darayın qələmi tərs əlinizlə tutun Nəticə olaraq təkrarlanan vərdişlərinizi qırar və beyninizin istifadə etmədiyiniz digər yarısını da hərəkətə keçirmiş olarsınız.
2-Uşag oyunu tapşırığı
İş və ya alış-veriş edərkən eynilə bir uşaq kimi maraq içində bütün duyğularınızı hərəkətə keçirin. Baxın toxunun dinləyin iyləyin. Bu şəkildə çox nadir etdiyiniz əlaqələri canlandırar beyninizin tutumunu artırarsınız. Duyğu orqanlarınızın nə qədər çoxunu istifadə etsəniz yaddaşınız hər vaxt canlı qalar.
3-Hərf tapşırığı
Əlinizə bir qəzet və bir fosforlu qələm alın.Sırasıyla paraqrafları oxuyun və cüt yazılmış hərflərin üzərini çəkin. Məsələn cüt 't' və 'm"lərin üzərini işarələyin. Beləliklə konsentrasiyanızın nə qədər xəbərdar edildiyini dərhal hiss edəcəksiniz. Bu zehinin canlanmasını artırar.
4-Polis tapşırığı
"Dünən axşam bu saatda nə etdim , haradaydım , iki saat əvvəl nə etdim?" kimi ümumiyyətlə detektiv romanlarında soruşulan sualları özünüzə yönəldin. Və təbii cavablandırın. Bu tapşırıq nəticəsində etdiklərinizə qarşı diqqətinizi inkişaf etdirə bilərsiniz.
5-Gəzinti tapşırığı
Əsgər gedişi kimi olduğunuz yerdə hərəkət edin. Sol qıçınızı hər qaldırdığınızda əvvəl sağ əlinizlə sonra sol əlinizlə silsilə toxunun. Belə çarpazlama hərəkətlərlə beyninizin hər iki tərəfini istifadə etmiş olarsınız.
6-Rəssam tapşırığı
Burnunuzun ucunda bir fırça olduğunu xəyal edin.Bununla havaya ən sevdiyiniz rəngdə üfüqi bir səkkiz çəkin. Bu şəkil hərəkətlər yorğun zehininizi dərhal canlandırar.Eyni zamanda beyni blok edən stressi təsirli şəkildə yox edər.
7-Xəfiyyə tapşırığı
Bu tapşırığı daha çox küçədə edəcəksiniz. Ətrafınızda olan avtomobillərin nömrələrinə baxın və nömrədəki hərflərdən sözlər hətta cümlələr törətməyə çalışın. Beləcə həm söz xəzinənizi inkişaf etdirər həm də beyninizi canlandırarsınız.
8-Rəsim tapşırığı
Bu tapşırıqla alış-veriş siyahılarını çox asan əzbərləyə bilər , yaddaşınızı gücləndirə bilərsiniz. Bunun üçün qələm kağız alın və kağızın üzərinə şam , kaktus yonca kimi simvollar çəkin. Hər şəkilə bir ədədi simvollaşdırma edin. Ardından simvolları ədədlərə görə əzbərləyin. Bu tapşırıqla zehininizdə siyahılar meydana gətirməyi asan bacararsınız.
9-Tərcümeyi hal tapşırığı
Düşünün ki həyat hekayənizi təkrar yazmag lazımdır. Burada ilk getdiyiniz ibtidai məktəbdən başlaya bilərsiniz. Bunun üçün ən yaxın yoldaşınızın tipini , sinifinizin nizamını xatırlamanız lazımdır. Bu tapşırıqla insanlarla əlaqədar yaddaşınızı hərəkətə keçirərsiniz.
10-Hipnoz tapşırığı
Xüsusilə stressli anlarınızda müsbət sözlərdən dəstək almağa çalışın. Bunlarla mənfi düşüncələrinizi yox edərsiniz. Məsələn "Mənim üçün lazımlı olan hər şeyi bilirəm və çox sakinəm" cümləsini təkrarlaya bilərsiniz.