Üz baxımı artıq bir trenddir

Son güncelleme: 06.01.2010 11:59
  • Üz baxımı artıq bir trenddir! Maraqlı və məsləhətli


    Üz dəriniz ən gec yeni ilə kimi parlaq, təravətl, sağlam və hamar olacaq. İndidən başlayın və möcüzələr yaradın. Əgər necə başlayacağınızı bilmirsinizsə, ilk öncə kosmetoloqa gedin və üzünüzlə əlaqədər hər şeyi öyrənin, sonra isə sonsuz və gözəl parlaqlığa sahib olmaq üçün yazılanlara əməl etməyə başlayın!

    1. İlk öncə dəri altında olan çirkləri və sızanaqları, pigment xətalarını, qızarıqlıqları (couperosa) dərinin altında kı, tutulmaları müalicə etməlisiniz. Dəri altında kı çirkləri, sızanaqları, qızarıqlıqları və pigment xətalarını kosmetologa baş çəkmədən özünüz müalicə etməyin. Düzənli olaraq üzünüzü losyon ilə silməyi, nəmləndirici çəkməyi, günəşdən qorumağı və öz dəri növünüzə uyğun olaraq gündəlik krekmdən istifadə etməyi unudmamalısınız. Həftədə iki dəfə dərinizi peeling (ölmüş təbəqəni təmizləmə) etməlisiniz.

    2. Dərinizin yumşaqlığını, təmizliyini və hamarlığını geri qaytarın. Sağlam və gənc bir cildə sahib olmağ üçün dərinizi qoruyun və qüvvətləndirin. Əlavə olaraq parlaqlıq verən serumlardan və maskalardan istifadə edin. Bayıra çıxmaq, idmanla məşğul olmaq, sağlam yemək yemək, təmiz su və yetərli yuxu sizi istədiyinizə nail edəcəkdir. Burda da kosmetologların fikirləri və müalicə üsullarından yararlansaz peşman olmazsınız.

    3. Üzünüzə parlaqlıq və hamarlıq çəkin. Altdan işıq yansıdıcı tonalnıy krem çəkin və sadəcə nazik bir təbəqə olmasına diqqət yetirin. Üstündən gündəlik kreminizdən və ya tonalnıy krem istifadə edin. Qara göz altlarını, qırışıqlıqları və üzünüzün çizgilərini ağardıcı qələmlə işıqlandırın. Makiyajınızı yüngül, açıq vəya parlayan pudra ilə tamamlayın. Çox qalın və ya üzünüzün mənfi nöqtələrini çox örtməyə çalışmayın çünki üzünüz parlaq olmayacaq və gözəl bir görünüş verməyəcək
#06.01.2010 11:59 0 0 0