Xarici ölkələrdə olmuş insanlar, eyni zaman yerli xalqımız Azərbaycan qızlarının dünyanın ən gözəl qızları adlandırırlar.Ancaq gözəllik hər şey demək deyil.Çünki gözəllik daimi deyil.Çoxlarımız üçün gözəllik mühim rol oynayır, ancaq bəzilərimiz üçün isə gözəllik heçdə ön planda gəlmir.Əgər keçmiş zamanla indiki zamanı müqayisə etsək görərik ki,arada olan fərq olduqca böyükdür.Zaman keçdikcə görürük ki, arada olan fərq get-gedə daha çoxalır. Hal-hazırda qızları başa düşmək heçdə asan deyil. Xüsusilədə qızlar 16-18 yaş arası olduqlarında onlara xüsusi diqqət etmək lazımdır.O qızlar hələ ki,həyatın nə demək olduğunu tam anlamış deyillər.Deyilən hər sözə inana biləcək qədər saf ola bilərlər.Saflıq isə onların həyatını məhv edə bilər.Biz müsəlman ölkəsiyik.Bizdə qız 18 yaşına çatsada belə ailəsindən hər zaman aslı olur.Bizim avropalılar kimi olmağımız qeyri-mümkündür.Bəzilərimiz müassirliyi avropaşmaqda görürük.Avropalaşmaq isə bizim milli mentalitetimizə, adət-ənənələrimizin tam əksini etmək deməkdir.
Bu yaxınlarda bir verlişə baxmışdım.Yaşlı nəsildən "Gənc nəsil haqqında nə düşünürsünüz?" sualı verilmişdi.Xüsusi toxunulan mövzu qızlar idi.Çünki çoxları qızlarımızdan şikayyət edir.İstət geyim olsun, sitər davranış, istərsə də, tərbiyə.Get-gedə açıq-saçıqlıq normal qarşılanmağa doğru gedir.Bunun qarşısını almaq belə getsə mümkünsüz kimi görünür.Hər kəs buna qarşı olduğunu deyir ancaq buna baxmayaraq günü-gündən korlanan gənclərin sayı çoxalır.Hər kəs sözdə buna qarşı olduğunu,milli mentalitetimizə uyğun addımların atılmasını tələb edir .Bəs səhv addımları atan kimlərdir?Hansı qızlardır onlar?Mənfilərimizi görməsək, bunu qəbul etməsək, onlardan nəticə çıxarmasaq sonumuz necə olacaq?Bu mənim problemim deyil deyərək gördüklərimizə göz yumacayıq?Hər kəs öz addımlarına cavabdehdir ancaq xüsusən qızlar atdıqları hər addıma görə evdə öz ailələrini təmsil edirlər.Ən yaxınlarına utanc verməyi kim istəyər?Əlbbətdə ki,heç birimiz.Bəs nə üçün xüsusən qızlardan şikayyət edənlərin sayıı çoxdur.Ümumlikdə şikayyətimiz nədir?Həll yolunu nədə görürüsünüz?