Əsir əsgərimizin məktubundan: “Məni vecinizə almayın

Son güncelleme: 08.01.2010 00:06
  • noimage

    Niyə Elçinin toyu 5 il sonraya qaldı?"

    Azərbaycanın erməni əsirliyində olan hərbçisi Anar Hacıyevin məktubu bu gün ailəsinə çatdırılıb. Əsirin anası Nailə Məmmədova APA-nın Qarabağ bürosuna bildirib ki, məktub dekabrın 29-da yazılıb.

    Əsirinin özünün yazdığı məktubda deyilir: "Salam, mama. Məndən heç narahat olmayın, hər şey yaxşıdır. Məni heç vecinizə almayın. Yeni ilinizi qarşılayın. Nənəmə, dədəmə, Samirə, Asif dayıma, Elşənə, Sevinc bibiyə, Yeganə xalaya, Elçinə, Keytiyə, Hacıbala əmiyə, Mehdi əmiyə, Nəcibə bibiyə, Nazxanıma, Gülərə, Hüsniyyəyə salam söylə. Niyə Elçinin toyu 5 il sonraya qaldı? Hamınızın yeni ilinizi təbrik eləyirəm".

    N. Məmmədova bu gün oğluna cavab məktubu yazacağını bildirib.

    Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 9.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.

    Lent.Az
#08.01.2010 00:06 0 0 0