Tənbəllik Yaradan Rənglər

Son güncelleme: 12.01.2010 13:48
  • Rənglərin işlənmə yerini bilmək faydalıdır.

    noimage

    Vaxtımızın böyük qismini keçirdiyimiz məkanlarda istifadə edilən rənglərin bir qismi insana ilham versə də, bəziləri adamı tənbəlləşdirir. Rənglərin təsirlərini bilməklə gün boyu qarşımıza çıxacaq bəzi problemləri həll edə bilərik.

    Qırmızı
    Qırmızı rəng fiziki güc, hərəkətliliyin rəmzidir. Qırmızı çalışma şövqünü artırır. Tənbəlliyə qarşı rəng olsa da, bəzən əsəbiliyə səbəb ola bilər. Tünd çalarları insanda yorğun əhval ruhiyyə yaradır.

    Narıncı
    Qırmızı kimi həyəcanladıran rəngdir. Canlı rəng olan narıncı mətbəx, uşaq və yemək otağı, dəhlizlərdə istifadə edilə bilər. Bu rəngdən istifadə məkanlara şənlik, sevinc gətirir.

    Sarı
    Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil. Çünki zehni qarışdıra bilər. İstirahət üçün nəzərdə tutulan məkanlarda da istifadə edilməməsi daha yaxşıdır.

    Yaşıl
    Bölüşməyin, əməkdaşlığın, cömərtliyin rəngidir. Ümidverici təsirə malikdir. Diqqəti açıq saxlayır, özünü ifadə etməyə kömək edir. Məkanları daha geniş göstərməyə yardım edir. Açıq tonlarından istifadə etmək daha çox məsləhət görülür.

    Mavi
    Sülhü, sevgini ifadə edir. Xəyalpərəstlik və duyğusallıq yarada bilər. Sakitləşmək, stres atmaq, istirahət etmək üçün nəzərdə tutulan hər yerdə istifadəsi mümkündür. Yataq otaqları üçün açıq rəngləri uyğundur. Daha tünd tonları isə tənbəllik yarada bilər.

    Bənövşəyi
    Özünə güvəni təmsil edir. Amma unutqanlıq və səbirsizlik yarada bilir.


    İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.

    Qara, boz və qəhvəyi
    Bu rənglər ağır enerjiyə malikdir. Onların bir məkanda tək rəng olaraq istifadəsi məsləhət deyil.
#12.01.2010 13:48 0 0 0