Olar - Rənglərlə oynamaq. Yaşıl və bənövşəyi rənglərin çalarlarından istifadə edə bilərsən. Bu, gözlərdə qeyri-adilik yaradır.
Olmaz - Göz kölgələri qablarında olan aplikatordan istifadə etmək.
Baxışların daha yumşaq görünməsindən ötrü kölgələr üçün nəzərdə tutulmuş fırçalardan istifadə etsən yaxşıdır.
Olar - Tünd göz kölgələrindən istifadə etməklə gözləri parlaq etmək. Bunun üçün göz qapaqlarının sonunu beyrəngli karandaşla vurğula.
Gözdəki kosmetik vasitələrin təmizlənmə qaydası
Suyadavamlı kosmetikanı təmizləmək üçün pambığı yağlı təmizləyicidə islat.
Vazelindən də istifadə edə bilərsən.
Gözünü yum və aşağıya doğru yüngül hərəkətlə sil.
Pambığı təmiz tərəfinə çevir və yuxarıyadoğru sil.
Gözlərin hələ də çirklidir? Onda yenidən təkrar et.
Gözlərdəki rəngi davamlı etmək üçün - əvvəlcə göz karandaşını çək, sonra isə eyni rəngdə kölgə ilə üstünü ört.
Dramatik baxışlara nail olmaq üçün - gözləri karandaşla xəttlə, sonra isə maye halında olan laynerlə üstündən get.
Valehedici gözlərə yiyələnmək - bunun üçün kölgələri 3 qat et. Solğun mavi göz kölgələrini sınaqdan keçirə bilərsən.
Göz qapağının ön hissəsini açıq- qəhvəyi, sonunu isə tünd- qəhvəyi rənglə boya. Onda görünüş daha təbii olacaq.
Bunun üçün tuşun birinci qatını nazik, ikinci qatını isə bir qədər qalın çəkmək lazımdır.