Meksikada qeyri-adi rekorda imza atılıb. Meksikanın paytaxtında yerli şirniyyat ustaları dünyanın ən böyük tortunu hazırlayıblar. Tortun ağırlığı 12 000 kq, uzunluğu isə 1,4 000 metrdir.
Nəhəng tortu hazırlamaq üçün kulinarlara 7,5 min ton un, 3,7 min ton yağ, 3 tondan artıq şəkər tozu, 57 min yumurta, bir ton süd və 249 kq maya lazım olub.
Tortun hissələri əvvəllcə sexlərdə bişirilib. Daha sonra mərkəzi Sokalo meydanına gətirilən hissələr birləşdirilib və nəticədə nəhəng tort alınıb. Hazır məhsulları meydana gətirmək üçün 20 yük maşını 65 dəfə reys həyata keçirməli olublar.
Şirniyyat artıq Ginnesin rekordlar kitabında öz yerini tutub.
Qeyd edək ki, şirniyyat hər il yanvarın 6-da qeyd edilən Müqəddəs krallar günü münasibəti ilə bişirilib.