Yəqinki çoxlarınız nə vaxtsa xaricdə təhsil almaq arzusunda olmusunuz, lakin müəyyən səbəblərdən alınmayıb bəzilərimiz isə buna nail olmuşuq.Gəlin başlayaq birinci Azərbaycan Ali məktəblərindən.Balonya sistemi adlandırdıqımız sistem nədir? Balonya sistemi Kredit sistemi olub, tələbələrin maksimal azadlığı və şəxsi seçimi üzərinə buraxılmış ən müasir təhsil sistemidir.Bəs bizdə bu doğru fəaliyyət göstərirmi? Əlbəttə ki yox.Bizdə hər semestr üçün nəzərdə tutulmuş məcburi imtahanlar və "zaçot" -lar var.Zaçota ümümiyyətlə inkişaf etmiş Ölkələrin təhsil sisteminin heç birində rast gəlmək mümkün deyil.Bu Sovet təhsil sisteminin təsirinin məhsuludur.Avropada təkcə imtahan anlayışı var.Bəs semestr ərzində nəzərdə tutulmuş 5-6 məcburi imtahan doğrudurmu? Əlbəttə ki yox.Avropa təhsil sistemi tələbələrin imtahan seçimində tam sərbəst olmaları üçün imkan yaratıb.Səbəb isə çox sadədir.Universitetdə təhsil alan bir gənc sabahın ya həkimi ya mühəndisi və s peşə sahibidir və daim şəxsi qərarlarını özü vermək,hər şeyi öz inandığı kimi planlaşdırmaq məcburiyyətindədir.Universitet tərəfindən edilən təzyiq əslində Tələbənin gərginliyini artırır və onun elm almasına mane olur. Normalda bakalavr səviyyəsi 3 il,Magistr pilləsi isə 2 il zaman tələb edir.Təbii ki verdiyin imtahan sayından asılı olaraq bu müddət uzana bilər.Bəzi tələbələr var ki bakalavr pilləsini 6 ilə də bitirir.
Avropada Təhsil Sistemi və Azərbaycan
Mühazirələrin təşkili və mühazirələrdə iştirak məcburiyyəti
Digər maraqlı bir faktor Mühazirələrin təşkilidir.Avropada bir Professor hər hansı bir dərsi müxtəlif ixtisaslarda oxuyan tələbələrə ayrı vaxtlarda izah etmək məcburiyyətində deyil.Çünki Universitetin çox böyük mühazirə zalları olur,və bütün ixtisas tələbələri buraya toplaşıb mühazirəni birgə dinləyirlər.Bununla da Müəllim enerjisinə qənaət edilmiş olur.
Tələbənin diqqətini və dərsə marağını artırmaq üçün projektorlarla mühazirədə qısamüddətli müxtəlif roliklər və videolar göstərilir.Bununla da tələbənin hər hansı bir dərsə olan təsəvvürü yaranır və kor-koranə dərsi əzbərləmir və dərs ona bezdirici gəlmir.
Digər maraqlı faktor isə dərslərdə iştirakla bağlıdır.Yəni " qaib" anlayışı ancaq bizdə var.Dərsdə iştirak etmək kimi tələbənin məcburiyyəti yoxdur və sırf tələbənin şəxsi seçiminə buraxılıb.Çünki bəzi mühazirələrdə tələbə istədiyini ala bilmir ve hesab edir ki kitabla individual olaraq məşğul olsa onun üçün daha keyfiyyətli və rahat ola bilər..Belə olan halda mühazirədə iştirak etmir və sərbəst hazırlaşır və vaxtına qənaet etmiş olur.
Digər maraqlı faktor isə ixtisasla bağlıdır.Məsələn gəlin Neft Akademiyasında olan Maşınqayırma ixtisasına nəzər salaq.Burada texniki imtahanlarla yanaşı, Fəlsəfə,Konstitusiya,İqtisadiyyat ,Tarix kimi fənnlərə rast gəlmək olar.Avropada isə Maşınqayırma oxuyan bir tələbə sırf olaraq öz ixtisas imtahanlarına hazırlaşır və dəyərli vaxtını Tarix,Fəlsəfə və s kimi imtahanlara sərf etmək məcburiyyətində qalmır.Yəni öz peşəsinin sahibi olur.
Xaricdə təhsil üçün lazım olanlar və ən ucuz təhsil Ölkələri
Xaricdə təhsil imkanları Universitet və Ölkədən asılı olaraq dəyişir.Amma istənilən halda ingilis dilli təhsil üçün ingilis dili sertifikatı " TOEFL ", "İELTS", alman dilli təhsil üçün "DSH", "TestDaf" setifikatları mütləqdir.Qeyd edim Bakıda bu sertifikatları əldə etmək üçün kurslar fəaliyyət göstərir.Fransada təshil almaq arzusunda olanlar Fransa səfirliyindən maraqlana bilərlər.Qeyd edim ki qənaətbəxş fransız dili sizin üçün Fransada təhsil almaq imkanı yarada bilər.Təhsil üçün ən keyfiyyətli və xərci az olan Ölkələr Almaniya və Türkiyəni misal göstərmək olar.
Ən ideal variant isə Almaniyadır.Qeyd edim ki Almaniyanın bir sıra ali məktəbləri hələ də ödənişsizdir.Ödənişi olan ali məktəblər isə maksimum illik 1000 -1200 avro civarındadır.
Gündəlik yemək və ev xərcləri isə şəhərlərdən asılı olaraq dəyişir.Berlində təhsil alan tələbə aylıq ümumi 800-1000 avro xərcləyirsə, Köln,Bochum,Bremen,Dresden kimi nisbətən kiçik şəhərlərdə 500-600 kifayət edir.