Gozledim Gelmedin Son mektubumu yazdim

Son güncelleme: 12.01.2010 17:52
  • Salam CANIM. Necəsən?
    Havalar məni elə qorxudur ki, bilirəm ki zəifsən deyə tez-tez xəstələnirsən, qorxuram soyuq olar sənə. Kim bilir indi necəsən, neynəyirsən?
    Neçə vaxtdır ki səhərə qədər yata bilmirəm, fikrimdə elə sən varsan. Bəzən xoş xəyallar qururam, bəzən də reallığı qəbul edib ürəyimin göynərtisini hiss edirəm sinəmdə. Yadındadırsa sənə həmişə bircə şey deyərdim, nə edirsən et amma məni heç vaxt tək qoyma... Və bir gün sən arxana belə baxmadan məni tək tənha qoyub gedərkən artıq təkbaşıma necə yaşayacağımı düşünürdüm. Amma çox keçmədi, anladım ki sən gedərkən məni heç də tək qoymamısan. Bilmirəm bunu o vaxt sənə dediyim sözlərə görə etmişdin ya sadəcə olaraq belə alınmışdı... Amma hər halda məni tək qoymadın. İndi sən yoxsan, amma yanımda daim mənə sirdaş olanlar var, həm də sənin varlığında olduğundan daha çox. İndi onlarla oturub bərabər dərdləşirik, nələr olduğunu, nələr olacağını danışırıq...
    Hə, canım mənim, düz anladın mən, indi tək deyiləm artıq. Xətrivə dəyməsin, amma tək olmadığımçün elə də darıxmıram son günlər... Sən gedən gündən qaranlıq gecələr mənə dost oldu, ulduzlar məni yanına apardı. Onlarla danışdım, dərdləşdim. Hətda bəzən səni də yada saldıq. Onlar mənə təsəlli verir, darıxma gələr deyirlər. Amma hələ də gəlməmisən... Bəzən mənim çəkdiyim acılara ulduzlar belə dözmür, qara buludlar arxasına gizlənirlər, bəlkə hər vəfalı dost kimi onlar da istəmirlər ki acı çəkdiklərini görüm... Buludlar isə çox kövrək olur bunu bilirsən. Aşağı baxıb mənim inlədiyimi görür, yuxarı baxıb ulduzların solduğunu görür və dözmürlür, onlar da ağlayırlar bəzən. Mən də dərdimə şərik axan o göz yaşlarında islanmaq üçün ya sizin eyvanın altına qaçıram, ya da məni qoyub getdiyin o yol ayrıcına...
    Amma o vəfalı ulduzlar neynəsələr də mən hər şeyi görürəm, onlar da sən gedəndən bəri solğundurlar, həvəssizdirlər...Hələ zülmət gecələri demirəm...Gecənin sükutunda hər kəs şirin şirin yatarkən, soyuqdan gizlənərkən, mən onlara sığındım. Onlar da sağ olsunlar mənim beynimdəki qara fikriləri öz qara zülmətləri ilə gizlədib itirmək isteyirlər hər gün, amma nə etsinlər bacarmırlar...
    Gecə nə qədər zülmət olsa da mən ancaq sənə aid o qaranlıq fikirləri görürəm, onları oxuyuram, təkrarlayıram və bəzən də əzbərləyirəm... Hətda tez-tez sənə aid düşüncələri məndən almaq istəyən, mənə dost olan o zülmətin acığına bir siqaret də yandırıram ki sənə aid düşüncələrimi daha da aydın görüm... Zülmətin gizlətdiyi xatirələri siqaretin közündən ciyərlərimə çəkim, içimdə hiss edim, hopdurum bütün vücuduma, sonra da siqaret tüstüsü ilə bəzəyib o zülmətin üzünə üfürüm, divarlara üfürüm... Sənin şəklini çəkim gecənin zülmətində ciyərlərimdən çıxan o tüstü ilə. Sonra da zəif siqaret közünün işıltısında çəkdiyim o rəsminə baxım, gülümsəyən gözlərinə baxım, mənə nə demək istədiyivi görməyə çalışım o baxışlarında... Sonra bir tüstü yenə alım ciyərlərimə və sənin yanında öz rəsmimi çəkim, bəylik paltarında, barmağımda sənin üzüyün, yanımda da sən o sevdiyin gəlinliklə... Sevinclə bir-birimizə baxaq illərin həsrəti kimi, qəlbimizi titrədək toy gününün səs küyü kimi. O qəlb döyüntülərimiz mənim qulağımı batıran zülmətin sükutunu susdursun əbədiyyən... Və çəkdiyim üçüncü siqaret tüstüsü ilə xoşbəxt ailəmizin rəsmini çəkməyə çalışım yenə o lal divarlarda. Necə ki dünən etmişdim...
    Amma xəyallar məni o qədər aludə etmişdi ki çəkmək istədiyim o xoşbəxt ailənin yerində birdən birə bir məzar görmüşdüm. Sən demə sən gəlmək istəməmişdin o ailə rəsminə... Mən də tənha bir məzar çakmişdim qeyri ixtiyari...
    Mənim məzarım idi, durub kənardan baxırdım... Necə də sakit, necə də tənha idi o məzar... Üşüyürdü deyəsən. Bunu titrəməsindən hiss etdim. Yəqin kiminsə yolunu gözləyirdi, gözləyirdi ki bəlkə gəlişi ilə sevindirə, bəlkə isidə onu...
    Və birdən göz yaşları gördüm o məzar daşının üstündə... Qaynaya-qaynaya axan damlalar baş daşımdan süzülə-süzülə "Məni bağışla..." yazırdı sinə daşımın üstünə... Bu sənin göz yaşların idi, sən idin baş daşıma sarılıb onu isitməyə çalışan, ağlaya-ağlaya "gecikdim.." deyərək yanıb alışan...
    Amma ölənlə ölünməz deyirlər. Bir az ağladın sonra sakitləşdin. Arxana baxa-baxa bir müddət sonra uzaqlaşdın oradan, səni isə torpağı yandıran qanlı yaşlar izləyirdi, bəlkə də heç xəbərin yox idi bundan... Sən getdikcə uzaqlaşırdın, uzaqlaşdıqca da yaxınlaşırdın o məzarda inlyən aşiqinə. İndi də o səni tək qoyub getmişdi deyəsən. Amma sən də tək qalmamışdın axı. O sənin qədər də insafsız olmamışdı. Sən gedərkən zülmət gecələri, küskün ulduzları, qutu qutu siqareti ona dost etsən də o, gedərkən o zülmət gecələrlə bərabər bir məzar daşını da sənə hədiyyə qoyub getmişdi...Sənə ürəyin qəhərlə dolarkən ağlaya biləcəyin, qəlbini boşalda biləcəyin, şikaytələnəcəyin bir tənha qəbir qoyub getmişdi. Heç olmasa o məzarın qədrini bil indi, hərdən göz yaşlarınla onu islat, islat ki nə günəş onu yandırıb sovura bilsin nə də soyuq dondura bilsin...
    Özün gördün ki o hələ də səni sevir.Düşünmə ki sənə xəyanət etmişdi. Onu da aldatmışdılar sənin kimi. O da aldanıb bir gün ölümü səndən daha çox sevdi. Amma indi peşimandı sənin kimi... Nə fayda, çox gecdi artıq. Çünki səni aparan yollar səni onu tərk etdiyin o yol ayrıcına yox bir məzarlığa gətirmişdi. O isə səni burda gözləmək istəməmişdi heç vaxt...
    Indi bəlkə o ailə rəsminə sən özün öz rəsmini əlavə etmək istəyəcəksən, incimə, amma bacarmayacaqsan. Çünki sənə öz məzarını hədiyyə qoyub gedərkən, sənə o zülmət gecələri dost edib gedərkən o, yəni mən siqareti sənə dost etməmişdim, tüstü ilə xəyalları içimdə ağ-qara fırçalara döndərən ciyərlərimi hədiyyə etməmişdim... O ciyərlər onsuz da sənə yaramazdı... Hələ mən getməmişdən əvvəl xəstələnmişdi...
    Amma ürəyini elə də sıxma, o yarımçıq qalan rəsmi bir gün bərabər cənnətin divarlarında çəkəcəyik səninlə... Axı sevənlər cənnətdə bərabər olur deyirlər... İndi dua et, dua et ki hər şeyi mənə unutdurduğun üçün bağışlasın məni Allah, dua et ki səni cənnətdə görməkçün sənə halallıq verərkən mən cəhənnəm alovunda yanmayım. Heç olmasa o dünyada mənimlə bərabər olmaqçün etməli olduqlarıvı vaxtında et, gecikmə...
#12.01.2010 17:52 0 0 0