Tarixte Bugün-13 Yanvar

Son güncelleme:



  • 13 yanvar. İlin sonuna 352 gün qalır.

    1610. Qaliley Yupiterin dördüncü peykini kəşf edib

    1854. Amerikalı Antoni fas akkordeonu patentləşdirib

    1864. Bakının neft mədənlərində icbari kəndli əməyi ləğv edilib

    1869. Rus sənayeçi Pavel Obuxov vəfat edib

    1888. Milli Coğrafiya cəmiyyəti (National Geographic Society) təşkil edilib

    1897. Ruhulla Axundov anadan olub

    1906. Rus fiziki Aleksandr Popov vəfat edib

    1902. Sovet siyasi xadimi, Stalinin ən yaxın əlalılarından olan Georgi Malenkov anadan olub

    1913. Roma Papası kilsədə film çəkməyi (hətta dinə aid olsa da) qadağan edib

    1915. İtaliyada zəlzələ 30 000 insanın həyatına son qoyub

    1933. ABŞ Konqresi Filippinin müstəqilliyinin lehinə səs verib

    1953. SSRİ-də "həkimlərin işi" adlanan məhkəmə prosesləri başlayıb. Stalini öldürməyə cəhddə təqsirli bilinən onlarla günahsız həkim "sionist və ya amerikan agenti" kimi güllələnib

    1953. Marşal İosif Brz Tito Yuqoslaviya prezidenti olub

    1964. Qahirədə Ərəb Liqasının zirvə görüşündə "Birləşmiş Ərəb Komandanlığı" yaradılıb

    1991. Sovet qoşunu Vilnüsdə telestudiyanı ələ keçirib

    1997. Azərbaycan prezidenti Heydər Əliyev Fransaya rəsmi səfərə gedib. Səfər çərçivəsində ARDNŞ ilə "Elf Aquitain" arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb

    2003. Aktyor, müğənni Mirzə Babayev vəfat edib

    Günün aforizmi

    "Xəbər də hava, su, çörək və sevgi kimi müasir insanın təbii ehtiyacıdır"

    Süleyman Dəmirəl.
0 0 0