Darkənd Türbəsi

Son güncelleme: 13.01.2010 18:40
  • Darkənd Türbə - Türbələr
    noimage

    Darkənd türbəsi - Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Darkənd kəndində yerləşən türbə.

    Türbə kompozisiyası və dekorativ elementləri ilə fərqlənir.
    Darkənd türbəsi kərpicdən hörülmüş, orta hissəsi bürcvarı türbələr biçimində olub, yuxarı hissədən günbəzlə tamamlanır.
    Türbənin üzərindəki tünd-bənövşəyi rəngli kaşı və adi bişmiş kərpicdən hörülmüş sadə naxışlar yeganə bəzək elementidir.
    Üzərində kitabə olmadığından türbənin tarixini dəqiq müəyyənləşdirmək mümkün deyildir.
    Lakin kompozisiya quruluşu, üzərindəki kaşı bəzəklərinin rəngi abidənin Qarabağlar və Bərdə türbələrindən daha sonra tikildiyi ehtimalını irəli sürməyə imkan verir.
    Bu ehtimala əsasən Darkənd türbəsinin XIV əsrin axırlarında və ya XV əsrin əvvəllərində inşa edildiyi güman olunur.
#13.01.2010 18:40 0 0 0