1559. İngiltərə kraliçası I Yelizavetanın tacqoyma mərasimi baş tutub.
1622. Fransız dramaturq Jan Batist Molyer anadan olub.
1753. "British Museum" açılıb.
1794. Rus şairi, diplomat Qriboyedov anadan olub.
1826. Parisdə "Le Figaro" qəzetinin ilk nüsxəsi çapdan çıxıb.
1850. Rus riyaziyyatçısı Sofya Kovalevskaya anadan olub.
1902. Türk şair Nazim Hikmət anadan olub.
1918. Misir prezidenti Camal Əbdül Nasir anadan olub.
1919. Almaniya kommunist partiyasının təsisçiləri Roza Lüksemburq və Karl Libknext həbs edilib, bir müddət sonra isə müəmmalı şəkildə qətlə yetirilib.
1923. Azərbaycan Komsomolunun "Gənc işçi" qəzeti nəşrə başlayıb.
1923. Zaqafqaziya MİK və Zaqafqaziya XKS-nin "Yeni fikir" qəzeti Tiflisdə nəşrə başlayıb. Qəzetin nəşri 31 mart 1927-də dayandırılıb.
1943. Pentaqonun tikintisi başa çatıb.
1971. Asuan bəndi istismara verilib.
1982. Şuşada Molla Pənah Vaqifin məqbərəsi açılıb.
1990. SSRİ Ali Soveti Rəyasət Heyəti "DQMV və başqa rayonlarda fövqəladə vəziyyət" elan edib. Azərbaycan SSR Ali Sovetinə respublikanın istənilən rayonunda komendant saatı elan etmək səlahiyyəti verilib.
1990. Əbdürrəhman Vəzirovun Moskvaya teleqramı: "Antisovet, antipartiya şüarları ilə mitinq edən ekstremistlərin liderləri dərhal məsuliyyətə cəlb edilməlidirlər. Bunun üçün hüquqi əsaslar vardır."
1990. Bakıda 13 yanvarda bir erməninin 2 azərbaycanlını öldürməsi ilə başlayan iğtişaşlar başa çatıb. Hadisələrdə 56 nəfər öldürülüb, 112 nəfər xəsarət alıb.
1992. Avropa Birliyi Sloveniya və Xorvatiyanın müstəqilliyini tanıyıb.
1997. Azərbaycan Respublikası Kosta-Rika ilə diplomatik əlaqələr qurub.