Nizami Gəncəvi Türbəsi - Türbələr - Nizami Gəncəvi Məqbərəsi Rəsimləri
Nizaminin qəbri üstündə qədimdən ağ əhəng daşından türbə tikilmişdi.
İlk türbənin tikintisi 13-14-cü əsrlərə aid edilir.
Seyyid Əzim Şirvani 1879-cu ildə məhz bu türbəni ziyarət etmişdi.
Türbə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgərağa Goraninin təşəbbüsü ilə təmir edilib.
Daha sonra General Yadigarzadə tərəfindən bərpa etdirilib.
1947-ci ildə şairin məzarı üstündə məqbərə ucaldılıb.
Məqbərə 1990-1991-ci illərdə yenidən qurulub. Məqbərə Gəncənin girəcəyində yerləşir.