Qırmızı Gümbəz Türbəsi

Son güncelleme: 15.01.2010 14:49
  • Qırmızı Gümbəz Türbə - Türbələr - Qırmızı Gümbəz Türbəsi Rəsimləri
    noimage

    Qırmızı gümbəz türbəsi - Naxçıvan memarlıq məktəbinə aid olan türbə.

    Türbə Güney Azərbaycanın Marağa şəhərində yerləşir.
    Üzərində 1148 tarixi yazılan bu türbə kubik gövdədən və bunun üzərində yüksələn səkkiz bucaq boyundan ibarət şəkildə dövrümüzə qədər qalmışdır.
    Kərpicdən diqqətlə hörülmüş və ornament bəzəyi ilə kərpicdən quraşdırılmış türbə dövrümüzə qədər qalmış ən qədim türbələrdəndir.
    Kərpic tikinti Naxçıvan memarlıq məktəbinə xas olan bir şəkildə daşdan hörülmüş kürsülük üzərində yüksəlir.
    Türbənin örtük hissəsi qalmamışdırsa da, onun səkkizbucaqlı piramida şəklində olduğu şübhəsizdir.
    Beləliklə, türbənin ümumi kompozisiyasında həm kubik, həm də bürcvari türbələrin elementləri vardır.
    Türbənin baş fasadı Şimal səthində yerləşmişdir.
    Burada giriş qapısı dərin olmayan bir portal baştağla gözə çarpdırılmışdır.
    Fasad səthinin memarlıq həllində diqqəti cəlb edən cəhət baştağın gözəl rəsm edilmiş tağ quruluşu, onun kənarlarını təşkil edən haşiyələr və kərpiclərdən düzülmüş həndəsi ornamentdir.
    Baş fasadın tərtibatında kufi xəttlə yerinə yetirilmiş kitabələr də əhəmiyyətli rol oynayır.

    Türbənin Şərq səthi üzərindəki tağlardan yuxarıdakı kitabədə türbənin müəllifinin adı yazılmışdır.
    Özünü Bəkir Məhəmməd adlandıran memarın kitabədən məlum olduğu kimi atası və babası da memarlıqla məşğul olan sənətkarlar olmuşlar.
#15.01.2010 14:49 0 0 0