Tarixte Bugün-18 Yanvar

Son güncelleme:
  • 18 yanvar. İlin sonuna 347 gün qalır

    1258. Hülakü xan Bağdadı mühasirəyə alıb
    1654. Rus İmperiyası Ukraynanı işğal edib
    1689. Fransız filosof Şarl Lui Monteskyö anadan olub
    1778. İngilis səyyah Ceyms Kuk Havay adalarını kəşf edib
    1825. Moskvada "Bolşoy Teatr" açılıb
    1871. Alman İmperiyası (İkinci Reyx) elan edilib
    1919. Paris sülh konfransı işə başlayıb. Konfransda dünya dövlətlərinin yeni sərhədləri müəyyən edilib
    1926. Yusif Vəzir Çəmənzəminlinin sovet vətəndaşlığı bərpa edilib
    1926 "Knyaz Potyomkin zirehli gəmisi" filmi ekranlara çıxıb
    1927. Amerika Senatı Lozan konfransının qərarlarını ratifikasiya etməkdən imtina edib
    1943. Sovet ordusu Leninqradın 872 gün davam edən mühasirəsini yarıb
    1983. Aktyor Seyfəddin Dağlı vəfat edib
    1990. Erməni silahlı qüvvələri Şərur rayon Kərki kəndi işğal edib
    1990. 13 yanvarda başlayan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi (AKP MK) büro iclasları başa çatıb. İclaslarda respublikadakı vəziyyət müzakirə edilib, iştirak edənlər güc tətbiq etmənin zəruri olduğunu bildiriblər. Etiraz edən olmayıb
    1991. "Səhrada tufan" əməliyyatının ardından İraq ordusu Tel Əvivə və Hayfaya Scud raketləri atıb
    2005. 800 sərnişin tutumlu "Airbus A380" təyyarəsi Fransanın Tuluz şəhərində mediaya təqdim edilib.

    Günün aforizmi
    "Etdiklərimizi əsla kafi saymırıq. Çünki daha çox işlər görmək əzmindəyik və görməyə məcburuq"
    Atatürk
0 0 0