Bu Gün Dünyanın Son Günü Olsa Nə Edərdiniz?
"Düşünün ki bu gün Dünyanın son günüdür. Sabah bu saatda hər şey bitəcək.
Xilas olmaq şansınız yoxdur. Bu gün nə edərdiniz?"
Sizə bir neçə misal gətirim:
- İbadət edər Allahdan günahlarımı bağışlamasını istəyərdim,
- Bütün sevdiklərimlə vidalaşardım,
- Ailəmlə vaxtımı keçirərdim,
- Dostlarımla köhnə günləri xatırlayıb,son günümü onlarla olmaq istərdim,
- Sevgilimlə son ana qədər bir yerdə olardım,
- Bütün sevdiyim yeməkləri son bir dəfə yeyərdim.
- Meşədə son dəfə gəzərdim,
- Günəşin doğuşunu və batışını son dəfə seyr edərdim.
- Axşam ulduzları seyr edərdim.
- Ən sevdiyim yeməyi hazırlayar bütün sevdiklərimi axşam yeməyə dəvət edərdim.
- Həyatda ən çox getmək istədiyim yerə gedər orada ölümü gözləyərdim,
- İncitdiyim insanları axtarar üzr istəyərdim məni bağışlamalarını xahiş edərdim....
İndi isə həmin sualı mən sizə verirəm.Düşünün ki,bu gün dünyanın son günüdür.Bu gününüzü necə keçirdərdiniz?