İnsan Əti Yedinmi-Giybet

Son güncelleme: 18.01.2010 14:40
  • Bir gün Cüneyd Bağdadi həzrətləri məsciddə olarkən onun yanına bir gənc gələr. Və:

    - "ALLAH rızası üçün mənə kömək edin... Mən yardıma möhtac bir insanam." deyər.

    Cüneyd Bağdadi həzrətləri baxır ki, bu cavan sap-sağlam bir insandır. "Belə cavan halıyla dilənçilik etməyə utanmırmı? Niyə özü işləyib qazanmır, dilənib özünün ucuzlaşdırır." deyə düşünür.

    O gecə Cüneyd Bağdadi həzrətləri bir yuxu görür:

    Yuxusunda; məsciddə gördüyü oğlanın bədəninin ətindən kabab bişirilib onun qabağına gətirilir. Cüneyd Bağdadi həzrətlərinə:

    -Bunu yeyəcəksən deyirlər. O isə: bu insan ətidir, heç yeyilərmi? Deyə cavab verdiyində:

    Bəs dünən məsciddə nece yeyirdin... Yenə elə yeyəcəksən! deyərlər. Daha sonrasını Cüneyd Bağdadi belə danışır:

    - Məyər qeybət etmişəm! Qorxu ilə yuxudan oyandım. Dəstəmaz alıb 2 rükət namaz qıldım. Tövbə istiğfar etdim....

    Səhər olduğunda o haqqında danışdığım cavanı axtarmağa çıxdım.... Axtardım, axtardım... Nəhayət gənci Diclə çayı kənarında tapdım ki, qarşısına tərə qoyub, ondan yeyirdi.

    - "Ey Cüneyd! Məsciddə mənim haqqımda pis düşündüyün üçün tövbə edib peşmançılıq duydunmu?" Deyə soruşdu.

    - Mən də "bəli" dedim.

    Haqqında danışdığım gənc mənə:

    - O halda üzülmə get! Dedi və bu ayəni oxuyaraq qeyb oldu: "Və O Zattır ki, qullarından tövbə qəbul edər, günahlarını əfv edər və etdiklərini bilər..."
#18.01.2010 14:40 0 0 0