Tarixte Bugün-21Yanvar

Son güncelleme:


  • 21 yanvar. İlin sonuna 344 gün qalır

    1775. Rusiyada kəndli üsyanının rəhbəri Yemelyan Puqaçov edam edilib

    1793. Fransız kralı XVI Lui qilyotinlə edam edilib

    1843. Fransız mühəndis, ilk avtomobillərdən birinin konstruktoru Emil Levassor anadan olub

    1920. Parisdə Versal Sülh Konfransı başa çatıb

    1924. Sovet lideri Vladimir Lenin vəfat edib

    1968. Göyərtəsində 4 hidrogen bombası olan amerikan hərbi təyyarəsi Qrenlandiya yaxınlığında qəzaya uğrayır. Bombalardan bir indiyədək tapılmayıb

    1976. Səsdən sürətli mülki təyyarə "Concorde"un kommersiya uçuşları başlayıb

    1977. İtaliyada aborta rəsmi icazə verilib

    1990. Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası keçirilib. Yüksək vəzifəli şəxslər bu sessiyada iştirak etməyib və onu "qeyri-qanuni yığıncaq" adlandırıb. Sessiyada Bakıdan qoşunun çıxarılması və fövqəladə vəziyyət rejiminin ləğvi barədə qərarlar qəbul edilib. Lakin SSRİ rəhbərliyi buna məhəl qoymayıb

    1990. Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyində 20 Yanvar qətliamı barədə dünya ictimaiyyətinə məlumat verib

    1992. Azərbaycan Respublikası İsveçrə və Lixtenşteyn ilə diplomatik əlaqə qurub

    1998. Roma papası II İohan Pavel ilk dəfə olaraq kommunist rejimli ölkəyə - Kubaya səfər edib

    1999. Bəstəkar Süleyman Ələsgərov vəfat edib

    2005. İrlandiyada uzunluq vahidi kimi mil əvəzinə kilometrdən istifadə edilməyə başlayıb

    2006. Kosovo prezidenti İbrahim Ruqova vəfat edib

    2008. Müğənni Lütfiyar İmanov vəfat edib.

    Günün aforizmi

    "Dovşanı tazı ilə tuturlar, axmaqları isə ələ almağa boş vəd kifayətdir".

    Fransız atalar sözü
0 0 0