Cümə Namazı

Son güncelleme:
  • DUALARIN QƏBUL OLUNDUĞU GÜN


    Cümə namazının müqəddəsliyi.

    Allahu Təala Cümə gününü müsəlmanlara məxsus gün qılmışdır. Cümə günü günorta vaxtında, Cümə namazını qılmaq, Allahu Tealanın əmridir.

    Allahu Təala, Cümə surəsi sonundakı ayət-i kərimədə məalən buyurdu ki,

    (Ey iman etməklə şərəflənən qullarım! Cümə günü, günorta azanı oxunduğu vaxt xütbə dinləmək və Cümə namazı qılmaq üçün məscidə gedin! Alış verişi buraxın! Cümə namazı və xütbə, sizə başqa işlərinizdən daha faydalıdır. Cümə namazını qıldıqdan sonra, məsciddən çıxdıqdan sonra dünya işlərinizi edərsiniz. Allahu Təaladan ruzu gözləyərək işləyərsiniz. Allahu Təalanı çox xatırlayın ki, qurtula biləsiniz!)

    Namazdan sonra, istəyən işinə gedər işləyər, istəyən məsciddə qalıb namaz qılmaqla, Qur'an-ı Kərim və dua ilə məşğul olar. Cümə namazı vaxtı girdikdə, alış-veriş günahdır.



    Peyğəmbərimiz (sallallahü aleyhi və səlləm) müxtəlif hədis-i şəriflərində buyurur ki:

    (Bir müsəlman, Cümə günü qüsul alıb, Cümə namazına gedərsə, bir həftəlik günahları bağışlanar və hər addımı üçün savab verilər.)

    (Cümə namazı qılmayanların qəlblərini Allahu Təala möhürləyər. Qafil olurlar).

    (Günlərin ən qiymətlisi Cümədir. Cümə günü, bayram günlərindən və Aşurə günündən daha qiymətlidir.Cümə, dünyada və Cənnətdə mö'minlərin bayram günüdür).

    (Bir adam, problem olmadan, üç Cümə namazı qılmazsa, Allahu Təala, qəlbini möhürləyər. Yə'ni yaxşılıq etməz).

    (Cümə namazından sonra bir an vardır ki, mö'minin o anda etdiyi dua rədd olmaz).

    (Cümə namazından sonra, yeddi dəfə İhlas və Mu'avvizətəyn yə'ni Fəlak və Nas surələrini oxuyanı Allahu Təala, bir həftə qəzadan, bəladan və pis işlərdən qoruyar).

    (Şənbə günü yəhudilərə, Bazar günü nasaraya (xristiyanlara) verildiyi kimi, Cümə günü də Müsəlmanlara verildi. Bu gün, Müsəlmanlara xeyir, bərəkət, yaxşılıq vardır).

    Cümə günü edilən ibadətlərə, başqa gündə edilənlərin, ən az iki qat savabı verilir. Cümə günü işlənən günahlar da iki qat yazılır.

    Cümə günü, ruhlar toplanır və bir-birləriylə tanış olurlar. Qəbirlər ziyaret edilir. Bu gündə qəbir əzabı dayandırılır. Bəzi alimlərə görə, mö'minin əzabı artıq qurtarır. Kafirin əzabı, Cümə və Ramazandan başqa, qiyamətə qədər gedir. Bu gün və gecəsində ölən mö'minlər, qəbir əzabı çəkməz. Cəhənnəm, Cümə günü çox isti olmaz. Adəm əleyhissəlam, Cümə günü yaradıldı. Cümə günü Cənnətdən çıxarıldı. Cənnətdəkilər, Allahu Təalanı Cümə günləri görəcəklər.



    Cümə Namazının Şərtləri

    Cümə günü on altı rük'at namaz qılınır. Bunun iki rük'atını qılmaq fərzdir. Günorta namazından daha qüvvətli fərzdir. Cüm'ə namazı fərz olmaq üçün iki cür şərt vardır:

    1 - Eda şərtləri,

    2 - Vücub şərtləri.

    Əda şərtlərindən biri nöqsan olarsa namaz qəbul olmaz. Vücub şərtləri olmazsa da qəbul olar.



    Əda, yə'ni Cümə namazının səhih olması üçün şərtləri yeddidir:

    1 - Namazı şəhərdə qılmaq (Şəhər: Camaatı ən böyük məscidə sığışmayan yer deməkdir.)

    2 - Dövlət başçısının və ya icra hakiminin icazəsi ilə qılmaq. Bunların təyin etdiyi molla, öz yerinə başqasını göndərə bilər.

    3 - Günorta namazının vaxtında qılmaq.

    4 - Vaxt içində xütbə oxumaq. Alimlər, Cüm'ə xütbəsini oxumaq, namaza durarkən (Allahu Əkbər) demək kimidir deyirlər.

    Yə'ni iki xütbəni də, ancaq ərəbcə oxumaq lazımdır. Xatib, içindən Əuzü oxuyub, sonra yüksək səslə, həmd və səna və kəlimə-i şəhadət, salat-ü salam oxuyur. Sonra, vaaz yə'ni savaba, əzaba səbəb olan şeyləri xatırladır və ayət-i kərimə oxuyur. Oturub qalxar. İkinci xütbəni oxuyub, vaaz yerinə, mö'minlərə dua edər. Dörd xəlifənin adını söyləməsi müstəhabdır. Xütbəyə dünya sözü qarışdırmaq haramdır. Xütbəni, natiq və konfrans halına salmamalıdır. Xütbəni qısa oxumaq sünnətdir. Uzun oxumaq məkruhdur.

    5 - Xütbəni namazdan əvvəl oxumaq.

    6 - Cümə namazını camaatla qılmaq.

    7 - Məscid qapılarını hamıya açmaq.



    Cümə namazının vücub şərtləri doqquzdur:

    1 - Şəhərdə, qəsəbədə yaşamaq. Qonaqlara fərz deyil.

    2 - Sağlam olmaq, xəstəyə, xəstəni tək qoya bilməyən baxıcıya və qocalara fərz deyil.

    3 - Azad olmaq.

    4 - Kişi olmaq. Qadınlara fərz deyil.

    5 - Ağıllı və Yetginlik yaşında olmaq.

    6 - Kor olmamaq. Yolda aparan olsa belə, amma olana fərz deyil.

    7 - Yeriyə bilmək. Çəliklə yeriyənə, ayaqsıza fərz deyil.

    8 - Həps edilmiş olmamaq və düşmən qorxusu, hökumətdən, zalımdan qorxusu olmamaq.

    9 - Həddən çox yağış, qar, fırtına, palçıq və soyuq olmamaq.



    Cümə Namazı Necə Qılınır

    Cümə günü, günorta azanı oxunduqda, on altı rük'at Cümə namazı qılınır. Bunlar sıra ilə belədir:
    1 - Əvvəlcə, Cümə namazının dörd rük'atlıq "ilk sünnəti" qılınır. Bu sünnət, günorta namazının ilk sünnəti kimi qılınır. Buna niyyət, "Niyyət etdim Allah rizası üçün, Cümə namazının ilk sünnətini qılmağa" deyə edilir.

    2 - Sonra, məscid içində ikinci azan və xütbə oxunur.

    3 - Xütbə oxunduqdan sonra, qamət oxunub camaat ilə Cümə namazının iki rük'atlıq "fərzi" qılınır.

    4 - Cümə namazının fərzi qılındıqdan sonra, dörd rük'atlıq "son sünnəti" qılınır. Bunun qılınışı günorta namazının ilk sünnəti kimidir.

    5 - Bundan sonra, "Niyyət etdim Allah rizası üçün, üzərimə fərz olan qıla bilmədiyim son günorta namazının fərzini qılmağa" deyə niyyət edərək, "Axır zöhür" namazı qılınır. Dörd rük'atlıq bu namazın qılınışı günorta namazının fərzinin qılınışı kimidir.

    6 - Sonra da, iki rük'at "Vaxtın sünnəti" qılınır. Qılınışı, səhər namazının sünnətinin qılınışı kimidir.

    7 - Bundan sonra, Ayətəl-kürsi və təsbihlər oxunub, dua edilir.



    Cümə Gününün Sünnət və Ədəbləri:

    1 - Cüməni Çümə Axşamı günündən qarşılamaq.

    2 - Cümə günü qüsul almaq.

    3 - Saçı qısaltmaq. Saqqalın bir tutamdan çoxunu və dırnaqları kəsmək. Təmiz paltar geyinmək.

    4 - Cümə namazına mümkün olduğu qədər tez getmək.

    5 - Ön səfə keçmək üçün, camaatın çiyinlərindən aşmamalıdır.

    6 - Məsciddə namaz qılanın önündən keçməmək.

    7 - Xatib minbərə çıxdıqdan sonra heç bir şey söyləməmək, danışana işarə ilə belə cavab verməmək və azanı təkrarlamamaq.

    8 - Cümə namazından sonra Fatihə, Kafirun, İhlas, Fəlak və Nas surələrini yeddi dəfə oxumaq.

    9 - Ehl-i sünnət alimlərinin kitablarından anlatan alimlərin dərsində, vaa'zında olmaq.

    10 - Cümə gününü, ibadətlə keçirmək.

    11 - Cümə günü salavat-ı şərifə gətirmək.

    12 - Qur'an-ı Kərim oxumaq, (Kəhf) surəsini oxumalıdır.

    13 - Sədəqə vermək.

    14 - Ana-atanı və ya qəbirlərini ziyarət etmək.

    15 - Evin yeməklərini bol və dadlı etmək.

    16 - Çox namaz qılmaq. Qəzaya qalmış namazı olanlar, qəza namazı qılmalıdır.

    17 - Cümə gününü axirət işləriylə keçirmək.
0 0 0