Leksika

Son güncelleme:
  • Əslən avstriyalı olan A.Leo Oppenheym Çikaqo universitetində 1947-1974-cü illər arasında 21 cilddə nəzərdə tutulan akkad dili lüğətinin 12 cildini başa çatdırıb vəfat etmişdir. Bu işin davamından xəbərimiz olmadığı kimi, əlimizdə şumer dilinə aid belə bir lüğət də yoxdur. Biz, əslində, müxtəlif əsərlərdə nümunə kimi verilmiş şumer sözləri ilə məşğul ola bilirik. M.A.Dandamayev A.Leo Oppenheymə yüksək qiymət verərək yazır: «Çətin ki kim isə Oppenheymin oxuduğu qədər mixi yazılar oxumuş ola». (34; 392) Özünü mədəni antropologiya sahəsində mütəxəssis sayan Oppenheym birinci dərəcəli filoloq idi. O, şumer mətnlərini araşdıraraq bu qənaətə gəlmişdi ki: «Şumer lüğətinin Mesopotamiyanın maddi mədəniyyətinə aid olan mühüm bir hissəsi terminlərdən və adlardan ibarət olub, fikrimizcə, nə şumer dilinə, nə də erkən sami (protoakkad) dillərindən birinə aiddir. Bu sözlər, ola bilər ki, bir və ya bir neçə daha qədim dil substratının izləridir və bizim Fərat çayı vadisinin mədəniyyəti adlandırmağı təklif etdiyimizdən daha qədim dövrə aiddir». (11; 35) Müəllif həmin sözlərin hansı sahələrə aid olduğunu da qismən qeyd etmiş, onların daha çox : İkiçayarasına məxsus coğrafi adlardan, Şumer panteonuna aid saysız allah adları və s.-dən ibarət olduğunu göstərmişdir. Müəllif bunu da qeyd edir ki, qədim Mesopotamiyanın şimal, şərq və qərb ilə əlaqəsini öyrənmək üçün bunlar mühüm vasitələrdir. (11; 35)
    Bu əsasda tədqiqatçılar şumer dilində bir sıra alınma sözlərin olduğunu qeyd etmişlər. Dediyimiz kimi, bu sözlər onların müasiri olan sami dillərindən deyil, daha əvvəlki bir və ya bir neçə dildən alınma hesab olunur. Oppenheym fikrini bir qədər də dəqiqləşdirərək yazmışdır: »Şumer dili e.ə.III minilliyin son yüzilliyindən o tərəfə gedə bilməyən akkad dilindən fərqli olaraq, daha qədim dövr haqqında mə'lumat verir. Lakin həm akkad dilində, həm də şumer dilində əvvəlki mədəni laya məxsus olan bir və ya bir neçə dildən alınma sözlər vardır». (11; 36) Bu cəhəti Y.B.Yusifov da təsdiq edir: «Şumerlərə qədər Cənubi İkiçayarasında «yerli» dillərə məxsus məskən-şəhər adları mövcud idi. Cənubi İkiçayarası ən qədim şəhərlərinin adları qeyri-şumer mənşəlidir. Şumerlər qədim əhalinin dilindən bir çox sözləri mənimsəmişdilər. Məsələn, apin (toxa), ansin (şum), egar (əkinçi), urulu (mis), nagar (xarrat), paxar (dulusçu), aşgab (gönçü), ugul (çoban), sipal (çoban), aşnan (pərinc - buğda növü) və s. «yerli» əhalinin dilində şumerlərə qədər işlədilmişdi». (7; 47) Bu sözlərin bir qismi bu gün də müəyyən dəyişikliklə dilimizdə işlənməkdədir; sipal sözünün 'çoban' sözü olduğu çoxdan sübut edilmişdir; egar - 'əkər' (əkinçi), aşgab - 'aşılanmış' ('gönçü') sözləri göz önündədir; ugul sözü 'oğul' sözü ola bilər, çünki ilk maldarlar öz övladlarını çoban edə bilərdilər. Şumerlərin işlətdiyi bir sıra şəhər və allah adlarının da qədim «yerli» dillərə aid olduğu göstərilir: »Bir çox sözlər, allah adları - İnanna (məhsuldarlıq ilahəsi), Nergal, Erişkigal (ölüm allahları), Uraş (torpaq allahı), Aşnan (taxıl allahı) və yer allahları - Buranun (Fərat), İligna (Dəclə), Kiş, Ur, Nippur, Kullab, Eridu, Larsa, Lagaş və s.yerli adlar şumer dilində işlənmişdir».(7; 49) Bunlar şumerlərdən əvvəlki, hələ yaxşı öyrənilməmiş sivilizasiyanın əlamətləridir.
    Qeyd edilən coğrafi adları, allah adları və maddi-mədəniyyətlə bağlı bir sıra terminoloji sözləri bir tərəfə qoysaq, şumer dilindən dövrümüzə zəngin lüğət materialı çatmışdır. Bu material əlimizdə olmadığından biz oxucunu qane etmək üçün müxtəlif alimlərin şumer - türk leksik müqayisə və müvaziliklərinə dair araşdırmaları əsasında mə'lumat verməklə kifayətlənəcəyik. Bu mə'lumatın özü də həqiqətin dərk olunması üçün kafi sayıla bilər.
    Oljas Süleymenov İ.M.Dyakonovun bir məqaləsindəki yüzdən bir qədər artıq şumer sözünü türk dillərinin leksikası ilə müqayisə etmiş, 60 sözün ortaqlı olduğunu müəyyən etmişdir. Aydın Məmmədov K.Labatın «Manuebd'epiqeaphiq akkadienna.-Paris,1952 - əsərində, eyni zamanda İ.M.Dyakonov və başqalarının əsərlərində işlənmiş bir sıra şumer sözlərini türk sözləri ilə müqayisə etmiş, 110-dan artıq sözün şumer və türk dillərində ortaqlı olduğunu müəyyənləşdirmişdir. T.İ.Hacıyev bə'zi fonetik və morfoloji xüsusiyyətlərlə yanaşı, türk dillərindən, Azərbaycan dilinin dialekt və şivələrindən gətirdiyi faktlar əsasında şumer dilindəki bir sıra sözlərin türk dillərində mövcud olduğunu aşkar etmişdir: Biz özümüz də İ.M.Dyakonov, İ.T. Kaneva və başqalarının əsərlərində işlənmiş bir sıra sözlərin şumer-türk eyniköklü leksik layına aid olduğunu müşahidə etmişik. Həmin sözlər, başlıca olaraq, aşağıdakılardan ibarətdir (bütün şərhləri köçürməmək üçün daha münasib qarşılığı qeyd edirik; əvvəlcə şumer sözü mə'nası ilə, sonra türk qarşılığı verilmişdir; söz ümumtürk xarakteri daşıdıqda qeyd etməyi lazım bilmədik):
    ada (ata) - ata; ama (ana) - ama/aba/apa/ana; amar (bala, buzov) - türk. mara/mala/bala/pala (əmər); ab (qapı) - av/ev/eb; an (göy, ulduz) - ən (ədat); (23; 195-204) a (əl) - el/əl/il 'əl', 'güc', 'qüvvət'; ar (parıldamaq, işıq saçmaq) - arı 'təmiz', 'pak', ara (parçalamaq, bölmək) - ara 'orta'; aştar (qıfıl) - açar; ağa (tac, ləyaqət, şöhrət) - ağa 'başçı', 'şöhrətli', 'hörmətli'; (35; 5-24) ab (pəncərə) - əv/ev sözü; tikilinin ev olması üçün pəncərənin mühüm olması; (28;25-34) abba (ata) - türk dilində abi 'böyük qardaş' (36; 20); a-şag-ga (na pole) - aşağıya; ane/ene (o) - an<ol<o; ab (inək) - yəqin ki, aba 'ana' mə'nasında olan sözdən. (10; 1)
    bilga (əcdad) - bilga 'müdrik'; (23; 195-204) ba-dug(ga) (yaxşı, xeyirxah, xoşbəxt) - bedük 'lap', 'ən çox'; bar (səhəng, qab, torba) - bar-daq; bu (nəfəs, üfürmək) - bu-ğ, bo-ğulmaq; bi-l (yandırmaq, alışdırmaq) - bi-ş 'bişmək'; bal (aşırmaq, pozmaq, qarışdırmaq, yerini dəyişmək) - bul-a-ma/bul-ğa-ma 'qarışdırmaq'; bad (bir az çoxalmaq) - bad/bay 'varlı'; bal (qazmaq, balta) - bel, bal-ta; ba (bağır, qara ciyər) - ba-ğır; be (cənab, hakim, hökmdar) - bəy; ba-da-ra (sancaq, bayraq, dəyənək) - ba-y-raq; bur/bul (azad etmək, vermək, ödəmək) - bur-axmaq; ba (vermək, çatdırmaq) - be-r/ve-r; (35; 5-24) be (bu) - bu işarə əvəzliyi; bar (qabırğa) - böür; pu (bulaq) - bi-nar (bulaq -DQ)
    dumu (bala, nəsil) - tuma 'bala', 'nəsil', 'törəmə'; dili (xətt, 'bir' vahidi) - tilik/tili/dilik 'xətt', 'dilik'; deş (nöqtə) - teş/deş (deş, nöqtə qoy); dingir (tanrı, göy) - tengir/tegri/digir 'tanrı', 'göy'; dub (gil lövhə) - tup (bişmiş kərpic), tayp, tumar, taba, tamqa, tabel, tablo. (23; 195-204) de (demək, danışmaq) -te/de 'demək', 'danışmaq'; di (fikir, hökm, kəlam) - dil/tıl/til 'dil'; du-ru (təmiz, qatışıqsız) - duru; dal-la (şəfəq, şüa) - dalğa (işıq dalğası); dagal (enli, geniş) - dağar, tağar (qab) (şumer dilində g = yumşaq q); dur/durun (rahatlanmaq, yerləşmək) - tur/dur 'dur-dincəl'; (35; 5-24) dur (bala törədici eşşək, döl) - bala almaq üçün seçilən erkək heyvan - döl; Dür at birləşməsində dür sözü; du (da,də, takje) -da, də ədatı; du (düzəltmək, tikmək) - dü-zəltmək sözü; dili-dili (bir-bir) - dilimizdə işlədilən dil-dil ötmək ('çox danışmaq, bir-bir sadalamaq, başqasına danışmağa aman verməmək' mə'nasında) ifadəsi; du/dib/dab (tutmaq, derjatğ) - du-t-maq 'tutmaq' fe'li;
    eren (sıravi əsgər, işçi) - eren/ərən 'sıravi əsgər', 'məsləkdaş', 'kişi'; er/ere/eren (qul) - er 'döyüşçü', 'kişi', 'qəhrəman', türk dillərində geniş yayılmış ər sözü; eş (ev) - eş-ik/es-ik 'qapı'; ed (getmək, çıxmaq) - üt/öt/id/et 'get', 'keç', 'öt'; egis - ağac; eger (aşağı) - eger 'alçalmaq', 'məhv olmaq' (qazax); eren (sidr ağacı) - eren 'sidr ağacı' (uyğur); (23; 195-204) e -ev; eme (dil) - əm-mək (əmmək və əmcək sözləri ilə müqayisə et); e (danışmaq) -ay/ey 'danışmaq', 'demək'; eger (kürək) - yəhər, kürək; (28;25-23) even/amun - yüksək, ali kahin; yüksək sözə cavab olaraq deyilən amin sözü; en (yüksək, hakim, kahin) - ən ədatı, XII-XIV əsrlərə dair uyğur hüquq sənədlərində xüsusi ad və ləqəb. (10; 73, əlavə bax: 23; 202) Bu söz ensi - 'hakim' (pravitelğ), 'ağa' sözünün də əsasında durur. Ensi-a'ke sözü isə ensi əkə sözüdür (əkə - türk dillərində 'böyük qardaş');
    gen (gen) - gen; (23; 195-204) giri (ayaq) - yeri sözü; gu (səs) - qu, küy sözləri; (28; 25-34) gir/giri/gub/gin (ayaq), ge (qayıtmaq), gi/gin (getmək), gu-b (dayanmaq), gu-b-a (dayanan), gi-n-a (gedən), gi-neda (getmək üçün), mune-gi-n (ora gəldi), maş-ga-na (dayanacaq), ra-ga-ba (sürücü), gin-gin (dəfələrlə getmək) sözlərinin kökü gi/gu/ge/ga 'ayaq' və 'getmək' mə'nasındadır; gi/gim/gimi (kimi - podobnıy) - kimi qoşması: gaba (köks - qrudğ) - g>k əvəzlənməsi ilə - köks; gabara (məcməyi, qab) - qab sözü; giş - ağac, gi-dri/gi-dru - ağac (odun), gi-lam/gi-lim (meyvə, bar) sözlərinin kökü gi - 'ağac'; ı, ıgaç - qədim türk dillərində bitki, hər cür ağac (10; 216); gal - qalmaq, mövcud olmaq' və 'böyük' mə'nalarında; qədim türk dilində kal - 'qalmaq'; kal - 'qoca';
    hul (sevinc, şadlıq) - gül (gülmək); (35; 5-24) huş (hirsli, qəzəbli) - ş - s keçidi və sonor səs artımı ilə hirs sözü;
    xul/hul (dağıtmaq) - qul-dur; xaş (yançaq, budlar) - qasıq; (35; 5-24)
    işi (toz, tozcuq) - işi/iş (ən kiçik atom); (23; 195-204) izi (od, atəş) - isti; ir (getmək) - ir 'çatmaq', 'yetmək'; i (hörmət saxlamaq, həvəsləndirmək, şöhrətləndirmək) - inan/yınan/ınan sözlərinin kökü i; i/ia (yağ, yağlı maddə) - yağ; ig/eg (qapı-pəncərə üçün cəftə) - iy (içlik, cəftə); irik (qətran, aromat) - eri/iri 'ərimək', 'qaynamaq', 'məhlul halına düşmək'; i/a (yad etmək, matəm saxlamaq) - ağı/yiği/ıy/|ig (ağlamaq, hönkürmək, matəm); (35; 5-24) (28; 25-34) in-im (söz) - ün (ümumtürk); ni-is-kum -erkək, törədici eşşək birləşməsində is hissəsi s>ş əvəzlənməsi ilə eşşək sözünün kökü; igi - i saitinin düşümü və i>ö əvəzlənməsi ilə gö-z sözü; (əlavə bax: 35; 22);
    kar (oğurlamaq) - qar-malamaq: kar - qədim türklərdə əlin bir hissəsi, qarış sözü; kunkal (quyruqlu qoç) - konkal 'maral balası' (tofalar) (kon - quyruq, kali - qalın) - 'qalın quyruq'; kur (dağ) - kur/qur 'qurmaq'; kir (torpaq) - kir; (23; 195-204) kad (bağlamaq, bərkitmək) - qat-ı-l-maq; kal (böyük) - kal 'qoca' (qədim türk); kaş (qaçmaq) - kaç/qaç; kur (parlamaq, alov saçmaq) - gur-uldamaq; kun (quyruq) - kuyruk/kudruk/quyruq; kuş (bədənin dərisi) - kas 'dəri' (qədim türk); (35; 5-24) kı (torpaq) - türkcə: kır 'torpaq'; Azərb. toz-torpaq, çirk mə'nasında kir sözü (28; 25-34) kiri (bağ - sad) - xır 'əkin yeri', 'bağ', 'bostan'; (ümumtürk - 37; 731-732); ki-na/gi-na (doğru, düzgün) - kenə (məsləhətləşmək, düzgün qərara gəlmək) (10; 298); kap-tipa/gab-diba (hasar, sürahi) - ka/ga hissəsində qapı sözü; kuru/gu-ru (böyük qab) - u>a keçidi ilə qa-b; kuza/kusa - kürsü sözü; ka-ra/ga-ra-an (tənək, meynə, söyüd kolu, çubuq) - qa-nad sözü; kalag-a (güclü) - k>g dəyişməsi ilə güc sözü; kalam (ölkə, şəhər) - qala sözü; ka-e (qapı yanında, qapıya tərəf), ga-ba-ra (qab), ig (qapı), kid/gid (açmaq), kisal (mə'bəd qapısı) sözlərinin kökü ka/ga/ig/ki keçidləri ilə qapı (örtən, ayıran, qapayan) mə'nasındadır; qab, qapı sözləri bir kökdəndir; ki(r) - yer, şəhər; ka - kim; sözün k əsasında kto və kim sözləri vardır;
    gin (getmək) - gel/gil/qel 'gəl'; gu (səs) - kü (səs-küy); gulşe (sevinclə, şən) - kuliş/gülüş; guştuka (dinləyən) - eştuqan/estuqan/estiqen 'dinləyən', 'eşidən'; geştuk (qulaq) - eştuk 'dinləyən'; gud (öküz) - ud 'öküz' (qədim türk); gaş (quş) - quş/kus/kuş 'quş'; giş (ağac) - eqiş 'ağac'; gug (qara, tünd, ölüm) - uygug/küyük 'his', 'tünd', 'qüssə', 'kədər'; (23; 195-204) gan (doğmaq, dünyaya gətirmək) - kan 'ata', kandaş 'ataları bir'; gal (yerləşmək, mövcud olmaq) - qalmaq; gar (qarışdırmaq) - qarışmaq; gum (qum, çınqıl) - qum; gur (fırlamaq, çevirmək) - qurşaq; gaz (öldürmək, məhv etmək, korlamaq) - ol kızık kızadı 'o, qızı korladı'; (35; 5-24)
    lu (adam) - u-lu 'əcdad', 'qədim adam' (ümumtürk); lib/rib (üstün, artıq) - lap ədatı; lu-gal (hərfən: adam böyük - böyük adam) - qal 'qəl-bi' sözü; lu(m)/hu(m) (bol) - kök «l» samitidir - obilğnıy, bol sözləri.
    mah (hündür, dikdir) - baku 'təpəciklər topası' (qədim türk); mi (qadın bədən üzvü) - məmə; (35; 5-24) ma-da (ölkə, məhsuldar düz, səhra) - Azərbaycanda e.ə. I minillikdə Mada dövləti, ölkəsi; me (mən) - mə-n sözü; me-de - bi-z; me-ze - si-z; anene, enene -onlar; sözlərinin əsasında əvəzliklərin b>m, z>s keçidi ilə (me, ze, ane-ene) təki durur. me (olmaq - bıtğ) - m >b keçid ilə bol(maq) - ol(maq);
    ni(g) (şey) -nə sözü;(28; 25-34) nig-şu (mülk, əmlak (imuşestvo), hərfən - əl şeyləri - əmlak;
    pu (bulaq) - bu-laq; pag (bağ, bağlamaq) - ba 'bağlamaq' (qədim türk); pag (demək, oxumaq, danışmaq) - bağırmaq (qədim türk); (35; 5-24) ru/ra/rah (vurmaq, çalmaq) - ur(maq)/vur(maq) sözü;
    ru (qurmaq) - uru 'qurmaq', 'tikmək'; (23; 195-204)
    sa (sap, damar) - sap, sap-laq; su (saqqal) - sukal/sakkal; sa (bildirmək, ağzından qaçırmaq) - sa 'söz', 'xəbər' (qədim türk); saq (baş, yuxarı, təpə) - saka 'dağətəyi' (qədim türk); sal-la (geniş, enli) - sallaq; sal (nəhəng, enli) - sal daş; (35; 5-24) sub/şub (uzanmaq) - suba - cağatay dilində: 'uzadılmış' (38; 787); sata (çılpaq dağ) - səth sözü; sar/şar (dairə) - şar sözü; sikil (təmiz) - silik 'təmiz' (qədim türk);
    şi/zi (həyat, can, ruh) - şi/yi/ci/zi (insan bildirən şəkilçi); şuba/sipa (çoban) - şupan/çaban/çoban; şu (əl) - uş/us/uuş/uus/ovuc 'ovuc'; şab (orta) - şab/ar/saba/çabar 'orta' (uyğur); şaq (orta, əvvəlki) - şak/sak 'çap', 'iki böl', 'şaqqala'; (23; 195-204) şal (ciddi cəzalandırmaq) - şallaq; şaq (ürək, iç) - şaqqa; (35; 5-24) şu - əl; əl göstərmək üçün həmişə əldən istifadə edildiyinə görə sonralar söz bu/şu əvəzliyinə çevrilmişdir;(28; 25-34) şah/sah (sevinc) - şaq-qıldamaq; (38; 934) şembe (ətir, ətirli maddə) - şəbui 'ətirli bitki','qərənfil', 'mixək' (osm.dili) (38; 1018); şa(g) (ürək, orta) - ş > y keçidi ilə yürək sözü; şum (sarımsaq) - şu >sa keçidi ilə sa-rıssaq;
    taq (taxmaq) - taq/tax/tak 'tax', 'birləşdir'; tu (doğmaq) - tuu/tuğu/tubu/turu ' doğmaq'; tum (tumlamaq) - tuma 'doğulmaq', 'nəsil vermək'; tir/til/ti (həyat) - tirik, tiri, diri; tir/til/ti (ox) - tirik 'silah' (saqayca); tibira (misgər) - tebir/teber/dəbir/tobor/dəmir 'dəmir'; (əsl mə'nası «döyülə bilən əşya» olduğu üçün şumer dilindəki zabar (tunc) sözü də eyni kökdəndir); tuş/şuş (düşmək) - tuş/düş/tüs 'düşmək'; (23; 195-204) te/tek (dəymək, toxunmaq) - dəy-mək; ten (sakitləşmək, rahatlaşmaq) - dinc; tir (ağac) - tir; teş-ti (cinsi orqan) - dişi, dəlik, deşik; tar (sındırmaq) - dar-madağın; tuş (olmaq, yerləşmək) - tüşün (dayanacaq yeri); tur (balaca, oğul) - torun 'nəvə'; dim (şalban, tağ) - tin 'düz'; tuğ (tutmaq, malik olmaq) - tuğ 'yolun kəsilməsi', 'uçqun'; tur (xəstə) - turuğ 'zəif'; til-la (yaşamaq) - tir 'yaşamaq' (qədim türk). (35; 5-24) tigir (çay adı; çuvaşcada tenqir) - dəniz; tuş (oturmaq) - düş sözü; ti (həyat) - dirilik sözünün kökü;(28; 25-34) tag (dəymək, toxunmaq) - dəy(mək) fe'li);
    u (on) - un/on; ugu/ug (nəsil) - üğüş/üğ 'nəsil', 'ailə', 'ana'; ug-ken (yığıncaq) - gen-es/gen-eş- 'şura', 'gənəşmək', 'yığıncaq'; urug (qala, şəhər) - uruq 'şəhər', 'şəhər əhalisi', 'tayfa'; udu (qoç, günəş tanrısı, müqəddəs) - uduk/ıduk 'müqəddəs' (qədim türk); uzug/uzu/uz (suda üzən quş) - yüzük 'suda üzən' (qədim türk); uzuk (uzun, uca) - uzun, uzaq; ud (günəş, gün) - üt/ud 'günorta', 'vaxt'; ud (od) - ut/ud/od 'od'; udun (ocaq) - utun/udun/odun 'odun'; (23; 195-204) uzu, azu (gələcəyi söyləyən, gələcəkdən xəbər verən) - KDQ-da ozan 'nəğməkar', 'müdrik', 'gələcəyi görən şəxs'; ud -(vaxt, gün) - ud 'zaman', 'vaxt' (qədim türk); ub (sahə, məntəqə, yaşayış yeri) - oba 'yaşayış yeri', 'kənd'; uş (ağıl, idrak) - uk/ok 'anlamaq', 'başa düşmək', 'eşitmək', 'mahiyyətə varmaq'; uş (rüşeym, uşaq, əcdad) - uşaq; urgu (qəzəb, acıq) - uri 'mübahisə', 'hay-küy'; uzu (ət, bədən) - öz 'can', 'bədən' mə'nasında; unu (yanaq) - ön 'irəli', 'üz tərəf' (qədim türk); ur (ağ ciyər) - ür 'üfürmək', 'nəfəs vermək'; ur (artmaq, kürüləmək, qohumluq) - uruq/uruğ 'nəsil', 'tayfa', 'qəbilə', 'övlad'; ur (bədənin dizə qədər olan hissəsi) - orta/urta 'orta'; uş (izləmək, arxasınca gedib çatmaq, qovmaq) - oz/uz 'qabaqlamaq', 'ötüb-keçmək' (qədim türk); ul (vurmaq, döymək, yaralamaq) - öl, ölüş 'sui-qəsd', 'ölmək'; ugu/ugun (övlad, uşaq, doğmaq) - oq 'oğul', 'nəsil', 'övlad'; uru (böyümək) - ürümək 'artmaq'; ug (ölmək, məhv olmaq, arası kəsilmək) - uğ 'saralmaq', 'solmaq', 'ölmək', 'yoxa çıxmaq'; ug/ung/uku (xalq, camaat, tayfa) - uk 'tayfa', 'cins', 'nəsil'; utu (günəş allahı) - ut/od 'od'; uma (arzu, istək) - um 'ümid'; uru (şəhər) - ordu (kaganın yaşadığı şəhər); uru (dairə, çevrə) - ora/oro/oru 'sarımaq'; ur (dam, taxtapuş, çardaq) - or/ur 'üst', 'yuxarı hissə'; (36; 5-24) uru (icma) - türk dillərində 'nəsil' mə'nasında işlənən uruq sözü; uru (şəhər) - qur sözü; uğ/ük (tayfa) - 'doğma' mə'nasında eg/üg sözünün kökü ögey; uqken (camaat, tayfa yığını) - ug 'tayfa' + ken 'kənd', 'dairə'; ud (gün; görünür, azərbaycanca «gün» sözünün «günəş» sözü ilə əlaqəsi kimidir; yə'ni günəşə utu, günə də ud/ut deyiblər); ud (od, odlu göy cismi, Günəş) - qədim türk. öd 'vaxt', qədim uyğur üt 'zaman' və s.;(əlavə bax: 35; 6) ugu (təpə, zirvə) -hündür yer mə'nasında qə-lbi sözü; udu (qoyun) - ud qədim türk. 'inək' (10; 605); M.Kaşğaridə: ud yılı 'inək ili' (39; 346). Ola bilər bu söz şumercədə 'ev heyvanı' mə'nasında da işlənib, lakin «qoyun» kimi tərcümə edilib. Çünki şumer dilində kungal - 'iri quyruqlu qoyun' sözü də var. uzu/uzu(g) (qaz) - uzuq - qus - qaz (metateza ilə); u(hu) - on (10); uşu (uş-u) - üç on (30);
    üş (üç) - üş/üç/üs - üç; (23; 195-204)
    zag (tərəf, böyür) - jak/zak 'tərəf', 'yan', 'böyür'; zag-gin (yaxınlaşmaq) - jakın/yakın/za kin/yaxın 'yaxın'; (23; 195-204) zik (hücum etmək, mühasirə etmək) - sıx-maq; (35; 5-24) zi (sağ tərəf); z>s keçidi ilə: sa-ğ; ze/zu - sən (z >s keçidi ilə sə-n sözü);
    Türk alimi Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə həsr etdiyi əsərində 170-ə qədər şumer sözünün türk leksikası ilə müqayisəsini vermiş və linqvistik prinsiplər əsasında şumer-türk leksik uyğunluqlarını üzə çıxarmışdır. O.Tuna səs əvəzlənməsi prinsipi əsasında belə bir qənaətə gəlmişdir ki, qərbi və şərqi türk dillərinin ünsürləri şumer dilində əks olunmuşdur. Məsələn, şumer dilində «g» fonemi türk dillərində «y» foneminə uyğun gəlir və ya düşmüş olur: şum. garim (çay, çay vadisi) - türk. arik 'çay', 'arx'; şum. qaz (əzmək) - türk. əz 'əzmək'; şum. gid (uzaqlaşdırmaq, sıxışdırmaq) - türk. id 'göndərmək', it 'itmək'; şum. gig (xəstə olmaq) -türk. iq 'xəstəlik'; şum. qiş (ağac, meşə) - türk. yiş 'ağac', 'meşə', 'dağ'; şum. gişig (qapı) - türk.eşik 'qapı'; şum. gud (öküz) - türk. ud 'öküz', 'buğa'; şum. gur (kəsmək, ayırmaq) - türk. üz 'üzmək', 'qoparmaq' və s. Tuna müqayisə prosesində d-y, m-k, n-y, s-y, l-ş, r-z kimi uyğunluqlar müəyyənləşdirmişdir. Müəllif bu nəticəyə gəlmişdir ki, e.ə.IV minillikdə türklər artıq şərq və qərb qollarına ayrılmışdı və həmin dövrdə onlar Ön Asiyada idilər.
0 0 0