Nərə balığından kabab

Son güncelleme: 26.01.2010 14:21
  • Nərə balığı - 347q, bitki yağı - 5q və ya xama - 10q, baş soğan - 24q, göy soğan - 32q, təzə pomidor - 100q, lumu - 1/5 əd., narşərab - 5q, sumaq - 1q, istiot - 0,1q, duz.

    Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, xama ilə isladılıb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababı yanına təzə pomidor, doğranmış soğan vəl umu dilimləri qoyulur. Narşərab və sumaq ayrıca verilir.
#26.01.2010 14:21 0 0 0