Bir Şeyin yarsı, bir almanın iki yarısı eşidmisiz nağıllarımızda?
Doğurdan, suya atlanmağın kəlməsi " Şircə" bunun Farsidə kökü nədir???
Ancaq elə bunun gəlin Türküdə Kökünü araşdıraq, bizim tərəfdə axar suya deyirlər, Şır Şır, Zənganda deyilir Şırran, suyun açxımına Şırıldamaq deyirlər, Cə ,Çə türkcə əklənən hərflərdilər. Şırca vurmaq, suya Şırıldamaq deməqdir.
Bir Başqa kəlməni deyək. " Bəsic" Bəsic nədən gəlir Farsidə???
Başqa bir kəlməni deyəq. "Dəryaça" Çə, Ça, Cə, Ca bular dediq Türkcənindilər.
Qaldı bunu Dəryası.
Belə başlıyaq. Biz türklər lap Ucadan ta lap dərinə ad qoymuşuq.
Hər şeydən üstün olana, ucada olana, Tanrı deyiriq
Tanrı - sonra Ağrı (( Ağrı , uca deməkdir --- ağrı dağın ətəyində, uçan gövərçin olsam... )) - Dayaz - Dərya - Dəniz - Dərin
Göl Dəryaçadan daha balaca su yığınağına deyilir.
Deməli Dərya da Türkcədir. Farsidə kökü yoxdur . Dərya dərinliqdən gəlir
((( buları biləndən sonra Farsini üstün bilənlərə nə deyim )))
Bir başqa kəlməni deşəq.... bu iş getdikcə gözəlləşir elə deyil?
Duğ - Abduğdan tutulub - ancaq bunun düzü abduğ deyil ona görəki duğun kökü yoxdur Farsidə.
Gəlin türküdə axtaraq. Avmaq, yanı bir şeyi iki əlin arasında əzib xırda xırda eləməq.
Bu şeyi azdın olur adı " Avdıq" bir əmri fiilə "dıq" qoysan türküdə o məsdər düzəldir.
Avdıq ı farslaşdırıb Abduğ eliyib bidə duğ adında içdirirlər.
Millət Oyanın. Ayran la Avdığın fərqini bilin bari. Yayları ayran içəndə, gecələri Avdığ düzəldəndə bilin , körəyi avıb dökürsüz qatıqa su qatırsız olur AVDIQ(AVDIĞ) ab-duğ deyil.
Gəlin bir Fiilin Quruluşun Türküdə birlikdə görək (( yanlız bu quruluşun tamı deyil ona görəki onda gərək 512 cürə bunu yazam , sizin də başız ağrıyar ))
Bu ara Türk dilinin nədən doğar bir Dil olacağını da görə bilərsiz:::
1. Yarmaq
2. yaramaq
3. yaranmaq
4. yaratmaq
5. yarışmaq
6. yarayışmaq - yaraşmaq
7. yaranışmaq
8. yaradışmaq
9. yardırmaq
10. yaradırmaq
11. yarandırmaq
12. yaratdırmaq
13. yarışdırmaq
14. yarayışdırmaq - yaraşdırmaq
15. yaranışdırmaq
16. yaradışdırmaq
17. ....
Bunu özünüz də qalanını düşünün görün nə olacaq?
" Bu Qarpız o Sancılandıranlardandır" hansı dil bunu belə deyə bilər?
Gəlin Buların üstündə çalışaq.
Bayatılarımız üstündə,
Ənənələrimiz üstündə..... sizin ata anaların nələri varıdı, mıncıqları, taxmaları, ceşnləri, adətləri,... buları nənələrizdən soruşun ... hardan gəlməsini araşdırın, anlamını araşdırın.... necə sevinc verici iş olduğunu görəcəksiz.
Bilirsiz niyə? Hamısının kökü var.... hərəsi bir dunya dallarında anlam taşıyır(daşıyır).
Yerdən görə ərən.... olur göyərən ( göyərənti ) baxın belə bir balaca kəlmənin hardan gəlməsini görün. Bunu araşdıraraq Dilinizin, necə güclü anlamlı, əzəmətli bir dil olduğunu anlayın.....
Nə deyiz yazdıqca başqa bir şeylər dalıca gəlir, onda heç bu yazı bitməməsi gərəkir.
Sizdə belə gözünüzə sataşan gözəl bilgilərdən yazın hamıyla paylaşın.
Mən öyrəndikcə bildikcə sizinlə paylaşacam. Bu mənin dunyada sevinclə ürəkdən gördüyüm işlərdəndir.... dilimi tanıdıqca özümü tanıram... kökümün necə güclü olduğunu görürəm....