Qadınlarda depressiyya

Son güncelleme: 28.01.2010 13:16
  • noimage

    Avstraliyanın Melburn universitetinin alimləri bu qənaə gəliblər
    Tədqiqatın müaəllifi doktor Feliçe Cakın sözlərinə görə zərif cinsin nümayədələrində əhvalın pozulmasınin səbəbi onların yağlı yeməklərlə qidalanmasıdır. " Əminliklə deyə bilərik ki, qadınlara bütün yaş səviyyələrində pəhriz məsləhət görülür . Bu pəhrizə meyvə, tərəvəz, yağlılığı aşağı olan süd məhsulları daxidir." Bü zaman yadda saxlamaq lazımdır ki, qadınlar özlərini şirniyyatdan məhrum etməsinlər və idmanla da mə şğul olsunlar.
    10 il davam edən tədqiqatlara 1000 nəfərdən çox 20 - 93 yaş arası qadın cəlb edilib. Qadınlarda əhvalı korlayan amillər sırasına bədənin çəkisi, sosial və iqtisadi vəziyyət, təhsil, fiziki fəallıq, zərərli vərdişlər, və yaş daxildir. Lakin tədqiqatlar sübüt edib ki, qidalanma amili əhvalın korlanmasına daha güclü təsir göstərir.

    İndi hamburqer, ağ çörək, pizza, cips,aromatlaşdırılmış süd məhsulları, pivə və şəkərin də daxil olduğu "qərb pəhrizi" deyilən anlam bizlərə yaxşı tanışdır. Psixoloji ekspertizaların nəticələrinə görə .Bu qidaları qəbul edən qadınların 50 faizi depressiv pozuntu vəziyyətinə düşürlər. Bununla yanaşı ənənəvi Avstarliya pəhrizinə daxil olan meyvə, tərəvəz, mal və qoyun əti,balıq yeyən qadınlar arasında psixi əhval-ruyihənin pozulmasına az-az rast gəlinir. Meyvə və tərəvəzə, balıq və paxlalı bitkilərə, yoğurt və qırmızı şəraba üstünlük verən qadınlar depressiyanın nə olduğunu bilmirlər
#28.01.2010 13:16 0 0 0