Zeytun Pərvərdə

Son güncelleme:
  • ZEYTUN PƏRVƏRDƏ

    Qeyd: ərzaqların miqdarını zövqünüzə görə azaldıb-çoxalda bilərsiniz!

    1 stəkan qoz ləpəsi
    4 stəkan dənəsiz yaşıl zeytun - yumru-yumru doğrayın
    1 ədəd kiçik baş soğan - xırda-xırda doğrayın
    1 stəkan nar dənəsi (əgər narın sezonu deyilsə axta albalı ilə əvəz edə bilərsiniz)
    2 xörək qaşığı sirkə
    2 xörək qaşığı narşərab
    3 xörək qaşığı zeytun yağı

    Qoz ləpəsini bıçaqla əzərək, iri-iri doğrayın (çox da iri olmasın, amma diri qalsın, bir az da yağı çıxsın). Geri qalan ərzaqları əlavə edib, qarışdırın. Bankaya yığıb soyuducuya qoyun. İstədiyiniz vaxt çıxardıb süfrəyə verin.
0 0 0