Natavan Həbibi -Müsahibə

Son güncelleme: 28.01.2010 22:58
  • noimage

    Özünüzü təqdim edin:
    Natəvan Şamil qızı Həbibi, 1981-ci il, mayın 20-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşam. Özümdən böyük bir bacım var. Moskva Psixologiya Universitetinin Bakıdakı filialına daxil oldum, amma işlərimlə əlaqədar bitirə bilmədim...

    Kimdir qadın?

    Qadın ən gözəl, eyni zamanda, ən təhlükəli nemətdir. O, həyatında nə istəsə, ona nail ola bilər. Heç kim və heç nə ona mane ola bilməz!

    Ərə getmirsiniz?..

    Heç yerdə demək istəmədiyimi sizə deyim. Artıq mənim namizədim də var! Məni nişanlı hesab edə bilərsiniz. Düzdür, rəsmi nişanımız hələ olmayıb. Bir neçə problemimi həll edim, sonra toy barədə də fikirləşmək olar. Onu da deyim ki, ailə qurmağa tam hazır olmadığımdan, bir az ehtiyat edirəm, gözləyirəm.

    Həyat yoldaşınız necə olmalıdır?

    Nişanlım elə deyəsən idealdır. Gələcək həyat yoldaşımı məhz onun kimi görmək istərdim. Bütün arzuladığım keyfiyyətlər onda var. Diqqət, sevgi, qayğı. Məni tez başa düşür. Ondan 1 yaş böyüyəm. Buna baxmayaraq, onunla özümü uşaq kimi hiss edirəm

    İnsan necə xoşbəxt ola bilər?

    Yəgin ki, arzuların həyata keçirsə, evində ruzin-bərəkətin varsa, qadının ailə səadəti, sağlam övladları varsa, o xoşbəxtdir. Şəxsən mənim üçün anamın, ailəmin cansağlığı çox önəmlidir. Ən böyük arzum odur ki, anam son nəfəsimə qədər mənimlə olsun, məndən ayrılmasın.

    Dua edirsinizmi?

    Allaha çox inanıram. Hər dəfə yuxuya gedəndə Allahla danışıram. Ürəyimi Ona boşaldıb sonra rahat yatıram. Evdən bir yerə getdikdə, hər hansı bir işi başlamazdan öncə Allahın adını çəkirəm. Belə olduqda insanın işləri xeyirə doğru gedər. Onu da deyim ki, nişanlım təzə namaz qılmağa başlayıb. Məndə də belə bir istək yaranıb və tez bir zamanda namaza başlamaq istəyirəm. Məncə, insan yaşa dolduqca, artıq bu şeylər barədə daha çox düşünür.

    Özünüzü nədə günahlandırırsınız?

    Allah bəndələrinə hər şeyi bağışlaya bilər, mən buna çox ümid edirəm. Bəziləri deyir ki, mən Allahdan qorxuram. Mən isə istəməzdim Allahdan qorxum, əstəğfürullah, mən Onu çox istəyirəm! Çalışıram, heç kimə pislik etməyim. Bir tanışım mənə pislik edən bir şəxsdən qisas almaq istədi və bu barədə mənimlə məsləhətləşdi. Mən qəti şəkildə etiraz etdim. Mən elə şeylərdən çox uzağam və əminəm, pislik mütləq insanın özünə qayıda bilər. Heç kimə qarğış etməmişəm. Qarğış da ikibaşlıdır. Anam həmişə məni düz yola yönəltməyə çalışır. Mən də onun məsləhəti ilə hərəkət etməyə çalışıram.

    Caduya inanırsınızmı?

    İnanmırdım, amma son zamanlar inanmağa başlamışam. Qorxuram belə şeylərdən. Cadu insana mənfi təsir göstərə bilir. Ona görə də ürəyimiz bulanır, belimiz ağrıyır, gözlərimizdən yaş tökülür. Elə olur, bütün günü yemək yemirəm, yatıram, ayağa qalxmağa həvəsim olmur. Allah şeytana lənət eləsin!
    image

    Kinli insansınızmı?

    Çox kinliyəm. Mənə pislik edəni bağışlayaram, amma pisliyini heç vaxt unutmaram. Lakin özümü qınayıram ki, nəyə görə kin saxlayıram, artıq barışmışam o insanla, niyə o insanın hərəkətini unuda bilmirəm. Özümü tərbiyə eləməyə çalışıram, amma alınmır. Bilirəm də ki Allah kinli insanları sevmir.

    Kimdənsə küsülüsünüz?

    Oy-y, o qədər küsülü olduğum insanlar var ki Küsdüklərimlə birinci barışa bilmirəm. İndi elə insanlarla küsülüyəm ki, onlarla birinci barışsam, özüm-özümü bağışlaya bilmərəm.

    Natəvan adət-ənənələrə sadiqdirmi?

    Ənənələrimizə bağlıyam. Ailəmdə aldığım tərbiyədən irəli gəlir. Məhərrəmlikdə, məsələn, saçımı boyamıram, dırnaqlarıma lak çəkmirəm, evdə televizora az səs veririk. Spirtli içki ümumiyyətlə içmirəm. Uşaqlığım, dediyim kimi, Türkmənistanda keçib, orada isə müsəlman ənənələrinə Azərbaycandan daha ciddi yanaşırlar.

    Açıq geyinirsiz?..

    Açıq paltar geyindiyim günlər çox əsəbi oluram. Qısa yubka geyinirəmsə, üst-üstə 100 dənə kalqotka olacaq ki, ayağımın dərisi görünməsin. Açıq-saçıq geyinməyin həvəskarı deyiləm. Bu mənim xoşuma gəlmir. 10 ildir ki, çimərliyə də getmirəm, ancaq öz bağımızda, qonaq olmayanda "kupalnikdə" çimirəm. Heç vaxt çimərliyə getmərəm. Orada kupalnikdə camaatın arasında gəzə bilmərəm.
#28.01.2010 22:58 0 0 0