Yanvarın 28-də Bakı şəhəri, Nizami rayonunda on üçmərtəbəli yaşayış binasının şaxtasında elektrik kabelinin üzlüyü, təxminən, 200p.m. uzunluqda yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı binada olan 23 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.