Cız-bız

Son güncelleme:
  • noimage

    Qoyunun içalatından - qara ciyər, ağ ciyər, böyrək, ürək

    Varsa bağırsaq

    Kartof

    İstəyirsinizsə pomidor

    Duz, istiot

    Yağ ya da ki quyruq



    Bu xörək qoyunun içalatından - qara ciyər, ağ ciyər, böyrək, ürəkdən hazırlanır. Bağırsağdan da istifadə etmək olar.



    Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır.





    Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər.



    Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla verilir.



    Nuş olsun!
0 0 0