Qoyun budunu yuyub kağız dəsmalı ilə qurlayın. Qarışıq duz-istiotıa budu sürtün. Sarımsaqı təmizləyin. Budu müxtəlif yerlərdən deşin. Barmaqla duz-istiotu sürtüb sarımsaqı deşiyə tıxın. Əgər sarımsaqlı xoşlayırsızsa, onda deşigləri daha çox edib sarəmsaqə tıxın. Bir gecəlik ya bir günlük budu soyuq yerdə saxlayın.
Duxovkanı yaxşı qızdırıb (250 gradus) tavada budu bişirin. 5-10 dəqiqədən sonra temperaturu 180-200 gradusa qədər azaldın, budu qızardın. Əgər bud böyükdürsə, onda iki saatadək bişəcək. Məndə adətən 1-1,5 saat gedir. Əsas odur ki, həttindən artıq qızartmamaq, onda quru çıxacak. Bişməyini cəngəllə yoxlayın. Əgər qanlı su çıxırsan, hələ hazır deyil. Adi su çıxırsa, deməli bişib.
Bakıda biz budu göyərtiyə bürüyüb sapla səriyirdik. Belə halda duxovkaya qoyurduq. Bişirilmə qaydası eynidir. Budun buraxdığı soku vaxtaşırı qaşıqla budun üstünə tökün.