XX yüzilliyin əvvəlindəŞərqdə ilk dəfə olaraq Üzəyirbəy Hacıbəyli tərəfindən dahi azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) "Leyli və Məcnun" poemasının motivləri əsasında eyni adlı opera (1908-ci ildə) yazılmışdır.
1918-ci il bütün müsəlman şərqində ilk dəfə olaraq Quzey Azərbaycanda demokratik Cümhuriyyət yaranmışdır - Azərbaycan Cümhuriyyəti (1918-1920-ci illər). Beləliklə XIX yüzilliyin əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi: Azərbaycan Cümhuriyyəti ümumbəşəri tərəqqinin həm Qərb, həm də Şərq meylləri özündə birləşdirirdi.