Siz burada Novruza Bizim Gözümüzlə Baxa bilərsiniz - Novruz Adətləri

Son güncelleme: 30.01.2010 13:45
  • Novruz - ən istəkli, qədim, şən azərbaycan bayramıdır. Bu bayram həm uşaqlar həm də böyüklər tərəfindən səbirsizliklə gözlənilir. 21 mart - onun gəlişylə bütün təbiət oyanır, bahar gəlir. Novruz adət-ənənələrlə dolu, əsirdən-əsrə keçən çox qədim bayramdır. Novruz - oyanış, sülh və əmin-amanlıq bayramıdır. Bu təlaşı sözlə ifadə etmək çətindir, bütün ailə üzvləri, qohum-əqraba bir yerə toplaşıb Novruz şirniyatlarını hazırlayır - şəkərbura, pahlava, şorqoqal, yumurta boyanır, maraqlı tarixi əhvalatlar danışılır. Mütləq səməni bəslənilir. Səməni - yeni yaranan həyatın, oyanışın rəmzidir. Novruzun 13-cü günü səməni dənizə (çaya) atılır və bu zaman ürəkdə istək tutulur.



    Novruz bayramı xalq gezintiləri, oyun, odun (tonqalın) üstündən tullanmaqla, şam yandırıb ürəkdə istək tutmaqla muşahidə olunur. Ən əsası isə odur ki, doğma və yaxınlarınla ünsiyyətdə olursan. Novruza qədər 4 çərşənbə axşamı təbiətin 4 rəmziylə adlanırlar - Su, Od, Torpaq və Hava.





    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage
#30.01.2010 11:59 0 0 0
  • İnsanın sizlen nevruz kutlayası geliyor bu yemekleri görünce
#30.01.2010 13:45 0 0 0