Bəxtiyar hidayətin romanı

Son güncelleme: 01.02.2010 01:04
  • Əvvəlki düşük vaxtları olsaydı indi şəhərin girəcəyindəki qoşa çınarların yanında diz çöküb torpağı öpüm-öpüm eləmişdi, yalam-yalam yalamışdı. Avtobusdan məhz burda düşmüşdü ki on ildi ayrıldığı məkanı bir doyunca gəzsin,dolansın. Şər qarışdığından onu tanıyan da olmazdı. Əslində heç özü də bilmirdi buralarda nə iti azıb, nədi onu bu xarabaya dartan? Anasının qəbrimi, şairliyimi, əcəlimi?
    Ilk diqqətini çəkən şəhərin girəcəyindəki qanadlı at heykəli oldu. Heykəl at üçün qoyulsa da çömbəltma durmuş itə oxşayırdı. Atın ağzından çıxan haça dil göylərə yalvarırdı sanki. Sanki bu itgünlü at ilan dili çıxarıb yalvarırdı Allaha ki itin , pişiyin olum a gözəgörünməz, qurtar bu məmləkəti bu zülümdən. Hansı zülmdən? Bu da bəlli idi azca irəlidə ümummilli ata-balanın böyük heykəlləri vardı. Itgünlü, quşqanadlı at ilan dili çıxarıb məhz onların zülmündən bu məmləkətin azad olması üçün o gözəgörünməzə yalvarırdı. Hətta qanadlanıb Allaha şikayətə getmək istəyirdi bəlkə də bu daş qəlbli varlıq.
    Bu cüt heykəllər yolun solundaydı. Yolun sağında Dədə Qorqudun heykəli ucalırdı. Və o itgünlü, ilandilli atın yalvarışları burda lap konkretləşirdi
    - bu tayfanın etdiyi zülm 12 boyluq dastanı da keçdi. Yolun sağında el atasının solunda el dədəsinin heykəlləri. Yolun solundakı heykəllər harda yaltaq, ikiüzlü, alçaq vardı ona ad paylamışdı. Sərəfləndirmişdi. Yolun sağındakı Dədə isə yalnız igidlik göstərənə ad vermişdi.
    Başını- bulaya bulaya- sağa baxırsan alçağa , ikiüzlüyə, adı da haram bilən birisi, sola baxırsan alçaq olmayana, yaltaq olmayana, qorxaq olmayana qənim kəsilən birisi. Hər ikisi ad veriblər bizlərə. Biri doğru, biri yalan ad. Amma sonda yalanlar qalib gəldi bu məmləkətdə, yalanlar. Və yadına cəbhə dostu şair Sadiq Turanın şeiri düşdü-
    -Mindin elin anasını,
    El atası, el atası.
    Sağa buruldu
    -görüm Dədənin üz cizgiləri aşıq Vilayətə oxşayır ya yox.
    Hələ heykəl qoyulmamışdan əvvəl müsabiqə elan olunmuşdu. Onda bu diyarın yazarları bir təklifdə bulunmuşdular yerli şairbaşı Vüsal Elvüsalın təşkilatşılığı ilə-nə dağa, bağa düşmüsünüz, elə aşıq Vilayətə baxıb çəkin dana Dədə Qorqudun şəklini. Və bu təklif necə də bəh-bəh və cəh-cəhlə alqışlanmışdı.. Təkcə o çıxmışdı bu diyarda bu təklifə qarşı
    - aşıq Vilayətdən dədə olsa gərək mənnən də peyğəmbər ola. Guya bilmirsiniz ki aşıq Vilayət heç öz ailəsinə dədəlik etmədi? Guya bilmirsiniz ki aşıq Vilayətin heç öz ailəsinin yanında bir qara qəpiklik hörməti yoxdu? Dədə kopayoğlu da içib şalvarını batırarmı? Dədə kopayoğlu da adam tutdurarmı? Guya bilmirsiniz, aşıq Vilayət tutdurub indi gəzdiyi qadının oğlunu? Bilmirsiniz ki özünə şərait yaradıb o oğlanın tutulması ilıə? Guya bilmirsiniz o niyə maytayır? Bilmirsiniz ki toyda bir gəlinə sataşdığı üçün öldürmək istəyiblər onu. O da maşına minib qoyub üstünə. Yolda qəza törədib. Amma arxadan onu öldürməyə gələnlər də yetiribmişlər özlərini. Yolda QAİ işçiləri olmasa aşıq indi cəhənnəm bərzəxində İsrafilin surunu gözləyirdi. Yalandan onu Teymurləngə zada bənzətməyin.
    Onda onun sözünü tutan olmadı. Hətta bu yerlərə xəyanət etmiş bir adam kimi az qalmışdı dalına vedrə bağlasınlar. O vaxtdan sonra da bilmirdi bu heykəlin eskizləri kimdən götürülüb. Qalıbmı indiyə elə bir adam? Heykələ yaxınlaşdı və bir az toxtadı.
    Sonra yavaş-yavaş üzü bazara tərəf yol aldı. Baxdı ki mərkəzi küçə -Səməd Vurğunun adını daşıyan küçə indi ümummilli liderin adını daşıyır.
    Düşündü ki axır bu yerlərin şairlər yurdu olması barədə söz-söhbətlər öz əhəmiyyətini itirdi. Indi bu yerlərdə demək YAP-çılar şairlərdən çoxdu. Görən yenə eləmi hesab edirlər ki bu yerlərdə hər evdə bir şair var. Pambıq bu yerlərdə ona görə ləğv olundu ki baxdılar pambıq əkirlər şair bitir. Görəsən fıdıq da şair bitirərmi?
    Bu küçədən arxa küçəyə keçdi. Bir xeyli qaranlıq küçələrlə üzü yuxarı qalxdı. Diqqətini güllə səsləri və it zingiltiləri çəkdi. Yaxınlıqdan keçən bir qocadan soruşdu ki bu nəmənə şeydi-
    - Bala itləri qırırlar. Yaman artıb kopolunun malları.
    -Sahibsiz ölkənin sahibsiz itləri də çox olar dayı. Hər ölkənin itləri nə gündə olur adamları da o gündə olur. Sahibsiz ölkədə olur sahibsiz itlər də. Bir gün sahibsiz adamları da güllələyəcəklər bu xarabada.
    Qoca -mənim belə şeylərdən başım çıxmaz -deyib əks tərəfə irəlilədi. Amma onu itlərin qırılması yaman sızlatdı.
    Üzü yuxarı bir xeyli irəlilləyib Vaqiflə Vidadinin heykəlinin yanına çıxdı. Aha, bu heykəllər ki əvvəllər bir az qabaqda idi. Indi gəlib məscidə yaxınlaşmışdılar. Ay Vidadi haa, axır ki Vaqifi məscidə yaxın gətirə bildin. Amma Vaqif yenə də əlini institut tərəfə tutub əli ilə itaətin vacib olduğunu göstərən Vidadiyə sanki deyirdi- institutun gözəllərinə bax, şair. Itaəti o dünyada da eləyərsən.
    Məscid binasına yaxınlaşdı. Qalmağa bir yer tapmasa bəlkə də elə bu gecə burda gecələyəsi olacaqdı. Məsciddən çıxan iki gənc yanındakı skamyada oturub söhbətə başladılar..
    Birincisi deyirdi-
    -Sən onsuz da qır qazanında qaynayacaqsan. Gəl məscidə, namaz qıl, oruc tut, dua elə. Bəlkə Allah keçə günahlarından.
    -Əşi sən savadlı adamsan, necə inanırsan belə boş şeylərə. Yaxşı, sən də mən də düşdük cənnətə. Orda bizə yumurta kimi xanımlar, bakirə gözəllər xidmət elədi. Hətta göyçək oğlanlar da. Bəs bizim arvadlar cənnətə düşsələr noolacaq? Onlar da özlərinə cənnət kişisimi tapacaqlar. Ya orda da çoxarvadlılıq olacaq. Elə olacaqsa bəs bunun harası cənnət olacaq.? Birdən arvadların könlü başqa kişini istədi. Bəs bizim qeyrərimiz necə götürəcək bu məsələni. Yoxsa orda qeyrət zad gərək olmayacaq. Burdakı pozğuluq günahdı, ordakı pozgunluq günah deyil bəlkə. Cavab ver dəə, mal kimi niyə gözünü döyürsən?
    -Küfr eləmə. Mən səni istədiyimdən deyirəm. Sənin o suallarına da gəl əfəndi cavab versin. Qardaş, mən səni cənnətə dəvət edirəm. Sən də cəhənnəmə sürükləyirsən özünü.
    -Əfəndi özü keçən il qəhbələrnən bir yerdə avariyaya düşmüşdü. Qaldı ki dəvətinə, dəvətnamə yazsan yaxşı olar. Deyir çağrılmayan yeri dar eləmə, çağrılan yerə ar eləmə. Dəvətə bax dəə. Elə bil toya dəvət eləyir məni, ya da ad gününə.
    -Orda mənnən soruşacaqlar ki niyə bütün dostlarını təbliğ eləmədin. Sən barədə üzümə tutalğacım var amma. Deyəcəm nə qədər elədim inandıra bilmədim. Sorumluluq götürüldü daha mənim üzərimdən. Allah öz ü görür ki mən səni nə qədər cənnət dəvət elədim, xeyri olmadı. Allah öz görür ki sən məscidə ancaq tualetə pulun olmayanda gəlirsən.
    -Neynim ee, tualeti Vaqif müəllim deyilən əclaf özəlləşdirdi. Pul olmayanda buranın tualeti karımıza gəlir. Indi bir çörəyin qiymətinədi bir dəfə tualetə getməyin qiyməti. Bundan danış da. Bundan danış ki niyə çayçılar çaya soda qatırlar. Nədi nədi çay içənlər yanqıya tutulsunlar. Çay içdikcə də cumsunlar tualetə. Tualetə getdikcə də Vaqif müəllim varlansın. Vaqif müəllim də varlansın, varlansın getsin haca. Ordan da orjinalnı zəm-zəm suyu gətirsin.Yoxsa cənnət belə, cəhənnəm belə, qır qazanı belə.
    Kişiliyiniz çatır xörək qazanından danışın qır qazanından danışdığınızın mində biri qədər də. Danışın ki niyə boşdu xalqın xörək qazanı. Din demir ki zalıma qarşı vuruşun? Siz heç dindar da deyilsiniz. Ibadət əyilib qalxmaqla olsaydı- şlambalar indi övliya adı almışdılar. Özü də sən heç narahat olma. Mən deyəcəm ki yalan deyir, mənə heç nə deməyib. Ha-ha-ha...
    -Ay bədbəxt, Alahı aldada bilmzsən ki. Qulaqların deyəcək, bəli biz eşitmişik. Gözlərin deyəcək mən şahidəm. əllərin deyəcək mən də şahidəm.
    -Sənin deməyinlə insan başdan-ayağa suka imiş ki. Həm də başdan ayağa dəliymiş insan. Yaxşı, tutaq ki mən həm məslahət eşitməmişəm,həm əlim oğru olub, həm dilim yalançı olub və həm də zinakar olmuşam. Başımı da qarışdırmışam Allahın işlərinə. əlim, ayağım, başım və hətta zina alətim şahidlik etdilər mənim əleyhimə.-Tutaq ki yox, bu həqiqətdi.
    -Yaxşı, o bədən üzvlərimin şahidliyi ilə, işverənliyi ilə mən düşdüm qır qazanına. Bəs o bədən üzvlərim də mənimlə bərabər əziyyət çəkəcək axı. Yox, onları doğruluqları xilas edəcəksə mən özüm də hissə -hissə xilas olacam. Yox, onlar doğruluqları da xilas etməyəcəksə daha mənim sözüm yoxdu. Belə çıxır ki onda Allah heç də hər şeyi kamil yaratmayıbmış. Dəli yaradıbmış insanı başdan ayağa.
    -Səndən adam olan deyil. Quran deyir bunu. Allah deyir bunu. Mən demirəm ki. Mən sadəcə vasitəçiyəm. Yazığım gəlir sənə.
    -Elə mənim də sizə yazığım gəlir. Qoy sənə bir şey danışım. Sən ki deyirsən Quran deyir bunu, Allh deyir bunu- bir lətifə düşdü yadıma.Sovetin vaxtlarında bir demoqoq yuxarıya yazır ki bəs filankəs Stalinə söyüb. Tökülüb gəlirlər. O filankəs də and aman eləyir ki belə bir şey olmayıb. Demaqoqo adam nə desə yaxşıdı- bu adam mənə söyüb, mən də partiyaçıyam. Deməli söyüşü hardasa partiyaya da aid olub. Partiyaya aid olubsa o söyüş yoldaş Stalinə də aid olub. Deməli bu adam mənə söyübsə Stalinə də söyüb. Indi siz də öz sözünüzü demirsiniz. Elə noolanda deyirsiniz- mən demirəm, Allah deyir bunları.
    -İndi Qurana inanmırsan, Allha inanmırsa? Kafirsən?
    -Onsuz də mənim kimilərin qarşısına elə şərtlər qoyubsunuz ki gərək bu şərtləri qəbul edək. Qəbul etməsək kafirik. Kafiriksə deməli malımız, pulumuz, qanımız və hətta namusumuz sizə halaldı. Nə karəyəm qəbul etmirəm sizin şərtlərinizi.
    -Belə şeylər imanla olur, o da səndə yoxdu.
    -Hələ bir sualıma doğru cavab verməmisən. Çıxış yolun da budur ki belə şeyləri məntiqlə yox, imanla qəbul etməlisən. Guya məntiqi cavab verə bilərsiniz, özünüzü məntiqi səviyəyə salmaq istəmirsiniz. Imanla alın da bu özbaşınalıqların qabağını.
    -Hayıf bizim ötən günlərə. Görürəm daha mənnən soyuyursan. Qorxma qardaşlara demərəm sənin kafirliyini.
    -Gör nə günə qalmışam dəə. Ancaq sənə deyə bilirəm qəlbimdəkiləri. Bilirəm ki sən də mənə nifrət eləyirsən . o biri qardaşlarınız öldürərlər məni.
    -Qorxma, onlara bir şey demərəm. Sən yenə də mənim dostumsan.
    -Yox, daha bizimki tutmaz.Və sonra onu göstərib--Bu saqqallı da sizinkilərdəndimi?
    -Yox, bizimkilər belə saqqal saxlamırlar. Bu avropeyski saqqaldı. Kafir Qrossun saqqalına zada oxşayır. Bizimkilərin saqqalı Ben Ladenin saqqalına oxşayır. Bu xarici jurnalist zaddı. Hamısı agentdi bunların.
    Uşaqlar ona baxa-baxa aralandılar. Bir xeyli izlədi onları ki görüm bu ateist kimi danışan kimdi. Amma itirdi onları. Nəysə tanış gəlirdi ona bu ateist kimi danışan oğlan.
    O söhbətdə adı hallanan Vaqif müəllimi yaxşı tanıyırdı.. Öz -özünə dedi-
    -Demək Vaqif-məscid toqquşması yenə davam edir. Məscid öldürür Vaqifin biznesini öz pulsuz tualeti ilə.. Əgər məscid buralarda olmasa Vaqif indi milyoner olmuşdu.
    Soda söhbəti ona bu tərəflərin toy ətlərini xatırlatdı. Qoca inəkləri ki kəsirlər toya, ət tez bişsin deyə xeyli soda əldən gəlirlər qazana. Bilmirsən yediyin unnucadı, ya bozartma. Fırlana-fırlana gəlib çıxdı "Azərbaycan" kinoteatrının qabağına. Burda bir büst sataşdı gözünə. Ələsgərin büstü idi. Amma heç oxşada bilməmişdi heykəltəraş. Bu yerlərin şairbaşısı Vüsal Elvüsala daha çox oxşayırdı büst. Görünür Vüsal Elvüsaldan götürülmüşdü eskizlər.
    -Sən Ələsgərin ardıcılına bax deyib kinoteatrın afişasına yaxınlaşdı.
    "Fəryad" filminin sonuncu seansı yarım saat olardı başlamışdı. Bir az vaxt öldürüm dedi.
    Və sonra öz-özünə-Vaxt niyə düşməndibizə görəsən. Sanki düşmən öldürürük
    Afişanın böyründə məhşur ata-balanın yanaşı portiretləri vurulmuşdu. Bu portretlərin əlindən də bir " Fəryad" filmimi çəkilmiş əcaba- deyərək kassanı tıqqıldatdı. Kassanı açan olmadı. Əvəzində kinoteatrın ümumu qapısından qalstuklu-zadlı bir adam çıxdı- Ədil müəllim idi. Tanıdı Ədil müəllimi də.
    Ədil müəllim-
    -Heç buralar admına oxşamırsınız. Bu vaxt bilet nə gəzir. Üç məmmədini ver keç.
    Çıxarıb bir manat verdi-
    -Zdaç lazım deyil.
    -Sağ ol.
    -Bu vaxt kinoya gələn olur yəni?
    -Allah telefon çıxardanın evini yıxsın. Bağlandı bizim bazarımız.
    Bir şey kəsdirmədi ağlı ki telefon bədii filmin bazarını necə bağlaya bilərdi.Içəri keçdi. Ədil müəllim də onunla bərabər içəri keçdi. O, elə bildi ki böyük zala gedəcəklər. Amma Ədil müəllim qolundan tutub-
    -Telefon çıxarana Allah lənət eləsin, heç kiçik zal dolan vaxt olurmu ki böyük zalda da kino göstərək -deyib kiçik zala getməli olduğunu bildirdi.Axır ki anladı Ədil müəllimin telefona qarşı allergiyasının səbəbini.
    Sən demə bu fəryad başqa fəryad imiş. Iyrənc bir parnofilm nümayiş olunurdu. Hadisələr suda cərəyan edirdi- demək insan ən qədim əcdadına qayıdırdı. Və son vaxtlar ateistlik azarına düşmüş bu qəhrəmanımız o səhnəyə baxsa da fikri yenə ateizm aləminə getmişdi. Bir də onda ayıldı ki başqa kino göstərirlər. Daha doğrusu bir nəfər öz telefonundakı parnofilmi UZB vasitəsi ilə qoşmuşdu televizora. Ahaa, bu ki tanış adamdı. Təravət müəllimə. Qocalmaq bilməyən Təravət müəllimə. Ən gözəl şeirlərindən birini onun dodaqlarına həsr etmişdi vaxtilə. Indi o dodaqlar hansısa bir nadana oral seks həzzi verirdi. Və o hansısa nadan ondan görəsən üstün idimi. Sanki ölüb dirildi. Özünə hələ belə nifrət eləməmişdi. Təcili Təravət müəlliməni tapmaq qərarına gəldi. Dabanbasaraq bayıra çıxdı. Öz-özünə deyirdi-
    -Allah sənə rəhmət eləsin ay bu kinoteatra ad qoyan adam. Azərbaycanın da mahiyyəti belədi- üstü bəzək, altı təzək. O "Fəryada" bax, bu fəryada bax.. Elə bu portretlərin arxasında hər şey bu gündədi. Hələ bir aşıq Ələsgərə bax. Görəsən o öz gözəllərini bu vəziyyətdə görsə neyniyərdi. O yazıqlar bir gözəlin telini görəndə də vəcdə gəlirdilər. Indi hər şey açıqdadı. Bu vaxt onun arxasınca bir nəfər də kinoteatrdan çıxdı. Bu bayaq ateist kimi danışan oğlan idi. Və o ateist kimi danışan oğlan ondan qaça bilməyəcəyini sanıb:
    -Qardaş, məni niyə izləyirsən? Öldürməkdimi qəsdin? Allaha da qurban olum, sənə də. Əl çəkin məndən. Bir çətin külfətim var. Allahsızlıq elə mənim balalarımı yetim qoymaqdı.
    -Nəyə inanırsan and içə bilərəm ki mən dindar -zad deyiləm. Bağışla ki bayaq da söhbətinizə qulaq asmışam. Sadəcə maraqlı gəldi mənə- indi sənin kimi adamlar az qalıb. Bunlar bir təsadüfdü. Deyəsən sən əməlli- başlı qorxmusan. Bilsəm ki belə qorxacaqsan heç gözünə görünməzdim
    -Nə bilim ee, bunlar getdikcə artırlar. Qan-qan deyir hamısı. Bayaq mənnən söhbət eləyən oğlanın acığına gəlmişəm bura. Əclaf dinnən, imannan danışır. Amma atası gör nəynən pul qazanır? Deyəndə də deyir ki mən onunla da bacarmadım.
    -Peyğəmbərin əmisindən misal gətirmir ki.
    -Həə gətirir.
    -Bunlar hamısı belədi- 7-ci əsrin havası ilə yaşayırlar. Indi tutub deyəsən ki buyur, Konstitusiyanı, Milli məclisi, əmək məcəlləsini, yol hərəkət qaydalarını bir qırağa qoy,götür şəriət kitabını- svaetafor haqda bir qanun qəbul elə. Və yaxud da informasiya haqda, internet haqda.
    -Yenə bir hədislə zadla bağlayacaqlar- bu məsələləri. Hələ o bayaq mənnən söhbət eləyən gör nələr deyir-kişi üzünü qırxır, olur qadın kimi. Gözünü gəzdirir hər yerdə açıq-saçıqlıqlar görür. Və qadın əndamı sonra onu həvəsə gətirmir. Sonra da arvadın yanında biabır olur. Əgər kişi hər an örtülü qadın görsə, qadının bir baldırının açıqlığı da onu ehtirasa gətirə bilər.
    -Bu da lap yaza çıxmış dananın oynaqlamağına bənzəyir.
    -Həə. Həə.
    -Yaxşı, mən sizinlə çox söhbət etmək istərdim. Amma bir məsələni gərək aydınlaşdıram. O seksi göstərilən Təravət lazımdı mənə. Evi-zad görəsən hardadı. Kömək edə bilərsənmi? Sonra da bütün gecəni kefdə olarıq. Bilirsən o necə şeylər çıxardır?
    -Bloknotumda nömrəsi var. Andır telefona sala bilmirəm nömrələri. Bir-iki dəqiqə burda duran, ev yaxındı, gedib tezcə gətirərəm
    -Yaxşı, qardaş, gözləyirəm.
    Gedən güllə kimi getdi və bir daha geri dönmədi. O, anbladı ki gedən gəlməyəcək. Hətta bir xeyli güldü də. Yəqin-dedi məni lap terrorist zad hesab edib. Hələ mənə öz dünyagörüşü haqda danışdığını yəqin heç özünə bağışlaya bilmir. Indi yəqin gecə yuxu da yata bilməyəcək. Yəqin elə hesab edib ki mən Təravəti qəhbəliyinə görə, onu da ateistliyinə görə öldürmək istəyirəm. Bəlkə də ailəsini bu gecə başqa yerə aparacaq. Yazıq adam, gör nə hallara qalıb buralar. Haqlıydı Dəli Nurulla haqlı. Deyirdi nə vaxt ki mollalar artacaq bin-bərəkət kəsiləcək.
    Ordan Mədəniyyət evinə tərəf addımladı
#01.02.2010 01:04 0 0 0