Quymaq

Son güncelleme:
  • Buğda unu - 40 q, ərinmiş yağ - 20 q, şəkər - 10 q, darçın - 0,2 q, duz. Un yağda açıq qəhvəyi rəng alınca qovurulur. Sonra tavada arasıkəsilmədən qarışdırılmaqla qaynar su əlavə edilir, səthinə yağ çıxınca zəif od üzərində bişirilir. Tavanın dibində qazmaq əmələ gəlir. Quymaq süfrəyə boşqabda verilir, üstünə qazmaq qoyulur, şəkər və darçın səpilib yağ tökülür. Ev şəraitində quymağa müxtəlif ədviyyə qarışığı qatılır.
0 0 0