18-ci mərtəbədən yıxıldı, sağ qaldı

Son güncelleme: 01.02.2010 18:16
  • noimage

    60 metr hündürlükdən düşən gənc xanım ciddi xəsarət almayıb

    Pekində çoxmərtəbəli binanın 18-ci mərtəbəsində paltar sərən 26 yaşlı Ou adlı bir qadının ayağı sürüşüb və 18-ci mərtəbədən yerə düşüb.

    Lent.az-ın "Pekin Xəbərləri" qəzetinə istinadən verdiyi məlumata görə, 60 metr yüksəklikdən yıxılan gənc qadın ağac budaqlarına çırpılıb, daha sonra 10 santimetr qalınlığındakı qarın üzərinə düşüb.

    Ou ciddi xəsarət almayıb, bədənində həyat üçün təhlükəli olmayan bir neçə sümük qırığı aşkarlanıb. Həkimlər bir neçə günə xəstəxanadan çıxacaq gənc qadının sağ qalmasının bir möcüzə olduğunu bildiriblər.

    LENT.AZ
#01.02.2010 18:16 0 0 0