Elnarə ikinci dəfə gəlinlik paltarı geyindi

Son güncelleme: 03.02.2010 15:31
  • noimage



    Azərbaycan pop musiqinin sevilən müğənniləri Elnarə və gənclərdən ibarət "Next" qrupu fevralın 21-də Bakının tanınmış gecə klublarından olan "Face"klub restoranda "Love for sale" adlı konsert proqramı ilə çıxış edəcək.

    Bu barədə Lent.az-a klubun PR meneceri Eldar Hüseynzadə məlumat verib. "Next" qrupun üzvləri bu günlərdə Ukraynadan qayıdıblar. Onlar yaxın günlərdə təqdim edəcəkləri musiqi albomunun tamamlanması üçün Ukraynaya getmişdilər.


    Qrup üzvləri albomun və "RUNWAY" jurnalının üz qabığı üçün maraqlı fotosessiya hazırlayıblar.



    Qeyd edək ki, "Love for Sale" "Next"in yeni albomunun mahnısıdır. Mahnının musiqisi Vüsalə İlyasova, sözləri Azərbaycanın "Eurovision" üzre koordinatoru Zəhra Bədəlbəyliyə aiddir.

    Lalə Yusifqızı

    lent.az
#03.02.2010 15:31 0 0 0