İstifadə olunan məhsullar

Son güncelleme: 04.02.2010 11:40
  • Respublikanın dəniz, göl və çayları müxtəlif balıq növləri ilə, əsasən də ağ və nərə balığı ilə zəngindir. Milli xörəklərin hazırlanmasında daha çox nərə və pullu balıqlardan istifadə edilir. Azərbaycan mətbəxi müxtəlif göyərti və tərəvəzlərlə - badımcan, pomidor, şirin istiot (bibər), kələm, ispanaq, turşəng, çuğundur, turp, soğan, xiyar, yaşıl lobya və s. zəngindir. Milli xörəklərdə düyüdən və undan hazırlanan müxtəlif çeşidliyi kulinar məmulatı geniş tətbiq edilir.

    Azərbaycan mətbəxində ədviyyələrdən zəfəran, cirə, razyana, zirə, dəfnə yarpağı, keşniş toxumu, həmçinin nanə, şüyüd, cəfəri, kərəviz, tərxun, reyhan, kəklikotu və s. işlədilir. Bu ətirli - ədviyyəli bitkilərdən zəfəran MDB ölkələrindən yalnız Abşeron yarımadasında becərilir. Azərbaycan kulinariyasında zəfəran əlavə edilməklə 50-dən çox müxtəlif növ xörək və 10-dan çox şirniyyat məlumatı hazırlanır.

    Limon, zeytun, yeyinti turşuları - abqora, əzgil - şərab, sirkə, narşərab, alça, albuxara, qora, nar, zoğal axtası, qaysı, lavaşana, sumaq və s. Azərbaycan mətbəxində geniş istifadə edilir.
#04.02.2010 11:40 0 0 0