Evliliyi hər kəs həyatında bir dəfə yaşamaq istəyir.Evlənərkən hər iki tərəf bu ailənin təməlini sağlam qurmaq üçün söz verir.Ancaq zaman keçdikcə hər şey dəyişə bilər.Bir evliliyin pozulması üçün səbəblər müxtəlif ola bilər.Bəzi insanlar davam etməyən,dözülməz evliliklərinə qatlansalarda bəzi insanlar üçün qatlanmaq bu problemin həlli kimi görünmür.Boşanma halları bizim ölkədə həddindən artıq olmasada ancaq var.Bəzən boşanma qərarları verərkən ilk düşünülən tərəf ətraf mühitin onların haqqında nə deyəcəyi olur.Bəzi insanlar fikirləşirlər ki,boşanan bir qadın,və ya həyat yoldaşını itirən bir qadın ikinci dəfə ailə qura bilməz.Bir çoxları tərəfindən bu addım heçdə yaxşı qarşılanmır.
Deyirlər ki,insan sadəcə bir dəfə sevə bilər və bir dəfə evlənə bilər.Ancaq bu deyim düzgün deyil.insan yaşadığı müddətcə,içindəki sevgini yaşatdığı müddətcə sevə bilər.Azərbaycanda boşanma hallardı çox tez-tez yaşanmasada qardaş Türkiyədə və xarici ölkələrdə normal qarşılanan bir haldır.
Bəzən insan həyatını ikinci bir insanda tapır.
Özünə yeni səhvə açır.Bəziləri xoşbəxt olur ancaq ikinci evliliyə baxmayaraq yenədə oxşbəxt ola bilmir.Bu halda üçüncü evliliyə ətraf mühit necə yanaşar deyə düşünülür.
Müsəlman bir kişinin 4 dəfə evlənmək hüququ var.Ancaq bir kişinin 2ci,3cü və ya 4cü arvadı kim olmaq istəyər?Bizim ölkədə bu normal qarşılanırmı?Hal-hazırda elə bir zəmanədə yaşayırıq ki,hər kəs kiminsə ilki və sonuncusu olmaq arsuzundadır.Belə olduğu halda ikinci dəfə sevgisini axtaran,ikinci dəfə həyatında yeni səhvə açmaq istəyən insanların taleyi necə olacaq?
Deyirlər ki,insan sevən zaman sərhədsiz sevir.Sevdiyi zaman gözü heçnəyi görmür.