Unudulan nərdivan Orxan Muxtarlı

Son güncelleme: 04.02.2010 20:08
  • Nə deyim, yox,belə məqalə yaza bilməyəcəyəm! Sizə düzünü deyəcəyəm. Bilirsiniz nəyi? Əlbəttə ki,yox,bilsəydiniz belə heç başlamazdımda.Hər şey oktyabrın iyirmi doqquzu iki min doqquzuncu ildə baş vermişdi. Dərsimiz jurnalistika tarixi idi ki, bu dərsi də bizə Şamil müəllim tədris edirdi.Həmən gün müəllim çantasından bir neçə A4 formatlı kağız çıxararaq,hərəyə bir kurs işi verdi.Dedi ki :"Bir aya hazır edərsiniz".Sizə bu an mənim qrup yoldaşlarımın simalarındakı mimikalarından danışmayacağam,amma açığını deyim ki,bu özü bir ayrı məqalənin mövzusudur.Nə isə sıra gəldi mənə, mən də dözməyib yerimdən dillənərək "Üzeyir bəydən olsunda,müəllim" söylədim.Müəllim mənə qəribə baxışlarla baxaraq,sonra da əlindəki vərəqə göz gəzdirərək "Səndə Üzeyir bəyin publisistikasından yaz" deyəndə ürəyim rahatlaşdı.Deyəcəksiz ki niyə məhz Üzeyir bəy.Açığın deyim ki,hardasa yerlipərəstlik bu seçimdə böyük rol oynamışdı.Hə,daha dərinə getmədən qayıdıram dərsə.Zəng olan kimi müəllimin dalınca dəhlizə qaçdım,"Müəllim,olar mən məqalə olaraq kurs işini yazım" deyə həyasızcasına soruşdum.Müəllim məni aşağıdan yuxarıya süzərək "Harada çap etdirəcəksən?".Bir az düşünərək,"Müəllim çalışacam ki,aparıcı qəzetlərdə çıxsın" söyləyəndə,müəllim başını tərpədərək razılığını bildirdi.Mən də o gündən başladım axtarışa,interneti nə qədər ələk-vələk eləsəmdə,Üzeyir bəyin məqaləsinə ancaq vikipediyada rast gəldim ki,bu da çox az mənbədir.Düzdür,Üzeyir bəyin müsiqi yaradıcılığı ilə bağlı məlumatlar kifayət qədərdir,amma Üzeyir bəyin fleytonları, məqalələri niyə elektron versiyada gənclərə çatdırılmasın ki? Mən bilən,layihələr edən təşkilatlar bu layihə üzərində düşünsə çox gözəl olar.Deyəsən mövzudan çox çıxdım,bəlkədə siz bu dəqiqə oxuduğunuz vaxtda məni ürəkdən nəyi var söyürsüz ki,sözünün mustafasını de! Darıxmayın artıq başlayıram. Əlimə düşən məqalə Üzəyir bəyin millətimizin necə iş gördüyünü haqda bəhs edirdi sizə o məqalədən bir neçə cümləni diqqətinizə çatdırıram. P.S: Qonşularımız siçan boyda iş gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu. Amma biz yatmışdıq. Vә camış dönüb dəvә olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görmәyә başladılar. Qәrəz, gözümüzü ovxalayıb dedik ki, nә var, biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә. Axırı nә oldu? Axırı belә oldu: Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tazadan başlayaq. Ancaq burasını iqrar elәyim ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq.(Üzeyir Hacıbəyov "Tərəqqi", 1908) Məqalədən cəmisi iki abzasını sizə çatdıra bildim amma bu abzaslardan duymaq olar ki,Üzeyir bəy nə demək istəyir.Biz yatırıq,oyananda gec olur,çalışırıq uyuduğumuz müddətdəki işləri bir anda edək,ondada ki fayda alınmır,bilirsiniz niyə?Üzeyir bəyin bu məqaləni başlayarkən işlətdiyi nərdivan məsələsidir ki,biz nərdivanı unuduruq yəni işlərin ardıcıllığını məhəl qoymadan,nəticəni əldə etmək istəyirik ki,oda alınmır.Alınmayanda nə edirik ?Əlbəttə ki başlayırıq dövləti söyməyə.Dövlət nə etsin ordunu gücləndirir,iqtisadiyyatı yüksəldir,regiyonun lider dövləti edib,düzgün balanslandırılmış siyasət aparır,milli mədəniyyətimiz dünyaya təbliğ edir(Xüsusən,Heydər Əliyev fondunun prezidenti Mehriban xanıma xüsusi təşəkkür bildirmək lazımdır).Aha,deməli hamısını edir,bəs bizlər nə edirik?! Heçnə,boş deyinib,çayxanalarda boş-boş danışırıq.Deyəcəksiniz:"Hərzə-hərzə danışma" .Bəlkədə,yazdığım həqiqət sizin təzyiqinizi qaldırdı.Ola bilər,amma mən nə edim ki,həqiqət olduğu kimidir.Mən bəyəm bunu istərdim kibelə olsun.Əlbəttəki,yox.Bir anlığa elə bu məqaləni və elə bu cümləni oxuyan zaman özünüzə bir sual verin mən millətim üçün,Qarabağ həqiqətini tanıtdırmaq üçün nə etmişəm.Cavab çoxlarında əfsus ki heç nə olacaq.Deyəcəksiz ki, axı mən nə edə bilərəme?!Deyim? İlk olaraq gənclər boş-boş vaxtını odnoklassniki.ru saytında qızları bişirərərək ,facebook.com a gic-gic klipləri yükləyənədək bir Qarabağla bağlı bir video yükləyin,yotube.com Xocalı soy qırğını ilə əlaqədar video yükləyin, vilkipediyaya məqalə yerləşdirin,hələ nələr nələr .Bunları gününüzdə on beş dəqiqə ayırıb edirsinizmi?! Yox etmirsiniz!Biz istəyirik ki,xaricilər gecə yatıb,səhər duranda desinlər ki "Ə,bu köpəy oğlu ermənilər nələr ediblər aye,bilməmişik".Axı bilirsiniz ki,belə olmayacaq,gərək hərəmiz divarın bir kərpicini "qayıraq" ki, evi tikə bilək.Kərpicsiz ev tikməyə səy göstərmisiniz? Heç məsləhətdə görmürəm, alınmayacaq.Niyə axı biz Üzeyir bəyin dediyi kimi həmişə fildən başlamışıq,gəlin elə siçandan başlayaq,axırda onu fil boyda edəkdə.Bax mən ölüm demirəm düşmənlərimiz ölsün,ondansa belə daha rahat və düzgün olar.Təkcə Qarabağ mövzusunda deyil hər bir işdə biz tilovsuz iri balıq tutmaq istəyirik.Nəticədə də balıq tutmadığımıza görə ac qalırıq,xəyali böyük balıqlada qarnımızı doydurmaq olmur.Nə bilim belə misallar istənilən qədər çəkmək olar,amma mən çəkmək istəmirəm,həm ona görəki məqaləni axıracan oxumağa hövsələniz çatmayacaq,həm də qəzet redaktorları məqalənin iri olduğuna görə ixtisar edəcək.Amma özümü saxlaya bilmirəm,axırıncı misalımı çəkib sözümü bitirirəm,təsəvvür edin ki,cəmiyyətimiz bir saatdır və hamımız bu saatın mexanizmləriyik,kimsə iri,kimsə xırda,kimsə saatın rəqəmi,kimisə əqrəbi,fərqi yoxdur ,aktyorluqda olduğu kimi,bu mexanizmdə də hərənin bir rolu var.İndi təsəvvür edin,saatın bir əqrəbi ,bir daşı və ya saatı hərəkətə gətirən xırda mexanizmi yoxdur və ya işləmir.Bilirsiniz o saata onda nə adını veririk "brak" ,və o saata ağız büzərək gedirik "Swatch" saatın qarşısına deyirik: "Ayə bu nədir,elə bunu alıram,nə olsun ki üç aylıq maaşım elə buna gedəcək,qoy qonşunun ürəyi partlasın"Deməyəcəyik?Əlbəttəki deyəcəyik.Axı niyə bu saat bizdə olmasın hə,pis olar?Əlbəttə ki,bu saat dediyim kimi cəmiyyətimiz timsalında göstərirəm.Niyə biz elə cəmiyyət qurmayaq ki,qonşularımız bizə baxanda ürəyi partlasın,hə?Pis olar? Əlbəttə ki yox,yaxşı olar.Dövlətimiz var , ehtiyatımız var,Tanrıya şükürlər ki əhalimizdə kifayət qədərdir,gəlin birləşək,hərəyə bir ağac əkdiyimiz kimi (hələ onuda çoxumuz etmirik) cəmiyyətimizi normal quraq,"Bəyin Oğurlanmasında" demişkən,başlayaq mikrorayon tikməyə. Sonuncu fikrimi bitirməyəcəyəm,sadəcə Üzeyir bəyin yüz il bunda əvvəl qeyd etdiyi nərdivanı tapmaq ümidiylə sizinlə sağollaşıram.
#04.02.2010 20:08 0 0 0