Oyanıqlıq Saleh Mehdizadə

Son güncelleme: 04.02.2010 20:10
  • Evdən bayıra çıxmıram amma gəzmədiyim yer qalmayıb. Əgər desən ki, necə olar bu? Deəyəcm bilsəydim əgər bu sətirləri yazmazdım. Bir sürü qərar verdim həyatımın qalanını tənzimləmək üçün verdiyim qərarlardan ilki evdən bayıra çıxmamaqdı amma digər qərarların hamısı çöldə görülməli idi.Yəqin ki, daxilimdə referendum keçirib dəyişiklik edəcəm. Otağım çox doğmadı ordan çıxmıram yazılar yazıram 1 nəfərlik sonra cox nəfərlik tamaşalar düzəldirəm rejisoruda ssenarisidə mənimdi aktyorda , tamaşaçılarda özüməm bunların hamsını özüm edirəm öz qərarlarımla.Amma sonra çox kədərlənirəm həyatımda da hər şeyi özüm edə bilsəydim Sonra yatanda xadimə otağımı yığışdırarkən yazılarımıda atır fikirləşirəm ki, həyatımıda özüm qursaydım mənidə atardılar. Hamıdan eşitdiyim bir söz var çox tez-tez eşidirəm bu sözü qorxu, hıçqırığın dərmanı olduğunu bildiyimdən bəri bütün yolları sınadım hıçqırığım tutmadı əvəzində bədənim hava ilə doldu üsündən su içdim necədə 4 ünsürü bədənimdə tamamlamaq istərdim torpağı yemək nə isə odu yeyə bilmirəm.Bəlkə bir gün hıçqırığım tutar onda özümü bir qorxudacam ki Artıq otaqdan çıxdım fit çala-çala gedirəm. Heç tanımadığım bir yolda içim çox rahatdı niyəsinidə bilmirəm yəqin yol yuvarlaqdı ona görə. Yolun ən səssiz yerində qarşıma oğrular çıxdı. Məni bütün soydular. Onlara sual verdim yolun o birisi tərfində də oğrular var idimi? Deyəsən yazığı gəldi paltarlarımı qaytardı sualıma cavab da verdi. Yolun hər iki tərəfinə pusqu qurublarmış, hansı tərəfdən adam gəlsə soyacaqlarmış haqlı olduğumu anladıqdan sonra yola davam etdim . Gəzə gəzə bir anlıq dəniz kənarına gəlib çıxdım rəngli binalar var idi bütün sahil boyu. Kölgələr düşürdü torpağa binalardan daha böyük kölgələr amma onların üstündən keçirdim nədənsə kölgələrə baxmaqdan işığı unutdum. Binalar əlçatmaz görsənirdi anladım ki, kiminsə kölgəsi olub böyük görsənmək boş şeydi.Yoluma davam edirəm dənizin ləpələrinin sahili tutduğu yerdə uşaqlar uçurtma uçurdurlar.Görəsən nə fikirləşirlər yəqin onlar kimi uçmaq insanın uçmaq istəyinin məhlulu idi bu yelpələklər. Məndə uçmaq istəyirdim hərdən pəncərəmin qabağına qonan quşlara baxardım onlar kimi olmaq istəyərdim amma qanadlarım yoxdur. İndi yolda düşünürəm əslində mənim quşlardan fərqim yoxdur nə vaxtsa qəfəsdən çıxsaydım yəqin ki, məndə uçardım. Bu düşüncələrlə irəliləyərkən qarşımda duran itdən xəbərim yox idi. Düz gözümün içinə baxırdı.Dili ağzından çıxır sonra ağzına geri qayıdırdı bir neçə müddət buna baxdım fikrim başqa yerlərə getdi. Amma sonra düzəldi. İtdən mənmi qorxuram yoxsa it məndən kaş indi hıçqırğım gələrdi yəqin qorxunun dərmanıda odur. Bir kitabda oxumuşdum ən saldırqan olanlar qorxaqlardı demək it mənə hücum edəcəkdi elədə oldu.Üstümə atıldı. Yaşamla ölüm arasında mübarizə aparırdım mənə elə gəldiki saatlarca itlə döyüşdüm.Nəhayət it cıxıb getdi ağacın dibində oturmuşdum halsız və huşsuz .Bir kölgə görsənirdi.səsi tanış gəlirdi üzüdə.Mənə nəsə deyirdi amma başa düşmürdüm bircə təcili yardım sözünü eşitdim. Adamın səsi insan səsinə bənzəyirdi üzüdə insan üzü idi Onun bu binada yaşayan insanlardan fərqi yox idi.Ömrü boyu oxumuş, həyatı kimlərsə tərəfindən idarə olunan , yaxşı yerdə işləyən uşağına hər şey ala bilən ataOnun həyatında başqa heç nə yox idi qan içində bir adama kömək etdiyini uzun müddət danışacaqdı.İllərdən bəri həyatında ilk dəfə maraqlı bir şey olmuşdu. Yəqin itlə mən bu adam üçün döyüşürdük ki, ən azından itdən fərqli olduğunu anlasın.
#04.02.2010 20:10 0 0 0