Qar daha 3 gün davam edəcək

Son güncelleme: 05.02.2010 12:52
  • noimage

    Bakıda və bölgələrdə yığıntı davam edəcək, yollar buz bağlayacaq

    Dünən axşam saatlarından Bakıda və Abşeron yarımadasında başlayan qarlı hava şəraiti bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bu gün hava şəraitinin kəskinləşəcəyi, fasilələrlə qar yağacağı gözlənilir.

    Şimal küləyinin sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək. Gündüz yarımadanın bəzi yerlərində 28-33 m/s-dək şiddətlənəcək, çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə 0 dərəcə, gündüz 2 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, arabir qar yağacağı gözlənilir. Şimal küləyinin sürəti 18-23 m/s olacaq, gecə və səhər arabir 25-30 m/s-dək güclənəcək, günün ikinci yarısında küləyin sürəti 10-15 m/s təşkil edəcək, arabir 18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

    Fevralın 7-də isə hava şəraitinin buludlu olacağı, gecə və səhər qar yağacağı gözlənilir. Şimal küləyinin sürəti 10-15 m/s olacaq, arabir 18 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

    Eyni hava şəraiti bölgələrdə də müşahidə olunacaq. Belə ki, bu gün regionlarda hava şəraitinin kəskinləşəcəyi, fasilələrlə qar yağacağı, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 7-12 m/s olacaq, arabir 15-20 m/s təşkil edəcək, bəzi yerlərdə 23-28 m/s güclənəcək, ayrı-ayrı yerlərdə 33 m/s-dək şiddətlənəcək. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

    Fevralın 6-sı və 7-də fasilələrlə qar yağacağı, fevralın 6-da bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, fevralın 7-də gündüz qərb rayonlarında tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir 18-23 m/s-dək güclənəcək. Fevralın 6-da bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

    Elxan SALAHOV
    Qaynaq:LENT.AZ
#05.02.2010 12:52 0 0 0