İmam Kazım (ə) buyurur: "Ölməyib, öz uşaqlarını görən kəs xoşbəxtdir".
İmam Sadiq (ə) buyurur: "Qadınlar hamilə olduqları zaman onlara heyva yedizdirin. Onlardan dünyaya gələn uşaq sağlam və ətirli olar".
Peyğəmbər (s) buyurur: "Hamilə qadın uşaq dünyaya gətirdikdən sonra ona xurma verin. Həzrəti Məryəm İsanı (ə) qurumuş xurma ağacı altında dünyaya gətirdi və ağac Allahın qüdrəti ilə yenidən göyərib xurma gətirdi və Həzrəti Məryəm o xurmalardan yedi. Xurma yeyən hamilə qadının uşağı təmkinli və zirək olar".
Yaxşı olar ki, yeni doğmuş qadına doqquz dənə Mədinə xurması verilsin. Əgər Mədinə xurması tapmaq mümkün olmazsa Bərni xurması (xurma növüdür) və ya adi xurma verilsin.
Peyğəmbər (s) buyurub: "Hamilə qadınlara kündür verin. Kündür ana qarnındakı uşaq üçün ən faydalı qida məhsuludur. Əgər ana qarnındakı uşaq oğlan olarsa gözəl və iffətli olar.
İmam Hüseyinin (ə) həyat yoldaşı dünyaya uşaq gətirdiyi zaman qadınlara eşiyə çıxmağı əmr edərdi ki, qadın ilk növbədə uşağın övrətini görməsin (yəni qız və ya oğlan olduğunu elə həmən an bilməsin). Uşaq dünyaya gəldiyi zaman uşağın qız ya oğlan olduğunu yox, onun sağlam olub-olmadığını soruşardı. Uşaq sağlam dünyaya gəldikdə buyurardı:
(Əlhəmduillahilləzi ləm yəxluq minni şəyən məşuhən).
(Şükr olsun Allaha ki, məndən çirkin və nöqsanlı bir uşaq yaratmadı).
İmam Sadiq (ə) buyurur: "Uşağın göbəyi kəsilməzdən əvvəl mərciməyini, südü azacıq suda həll edib burunun hər deşiyinə bir qətrə tökün, sonra sağ qulağına azan, sol qulağına isə iqamə oxuyun. Əgər belə edərsinizsə həm uşaq, həm də onun anası bir çox xəstəliklərdən və qorxudan (iztirabdan) amanda qalarlar.
İmam Həsən və İmam Hüseyin (ə) dünyaya gəldikləri zaman Peyğəmbər (s) onların sağ qulaqlarına azan, sol qulaqlarına isə iqamə oxudu, sonra ağızlarınıc yeni yetişmiş xurma ilə sildi.
İmam Sadiq (ə) buyurur: "Yeni doğulmuş uşaqları sarı parça ilə bələməyin. Onların ağızlarını ya xurma ilə silin ya da İmam Hüseyinin (ə) torpağı ilə qarışdırılmış su ilə yaxalayın. Dünyaya gələn uşaq oğlan olarsa bu duanı oxuyun:
(Rəzzəqəkəllahu şukrəl-vahibi və barəkə ləkə fil-məvuhbi və bələğə bihi əşuddəu və rəzəqəkə birrəhu).
(Şükr olsun Allaha ki, sənə ruzi və uşaq nəsib etmişdir. Sənə bəxş etdiyi uşağı qüvvətləndirər və sənə də ruzi və nemət əta edər.
İdris oğlunun "Sərair kitabı"nda İmam Sadiqdən (ə) belə bir rəvayət nəql edilir. "Doğuş qadına çətin olarsa bu iki ayə dəriyə (və ya adi kağıza) yazıb onları qıçlarına bağlayın.
(Bismillahir-rəhmanir-rəhim. Kəənnəhum yəvmə yərəvnə ma yuəudə ləm yəlbəsu illa saətən min nəharin kəənəuh yəvmə yərəvnəha ləm yəlbəsu illa əşiyyətən əvzuhaha iz qalət imrəətun imarəni rəbbi inni nəzərətu ləkə ma fi bətni muhərrərən).
1. "Tibbul-Əimmə" kitabının müəllifi İmam Məhəmməd Baqirdən (ə) nəql olunmuş hədisdə deyir: "Qadınlar doğuş zamanı çətinliklə üzləşərlərsə onlar üçün bu ayəni oxuyun:
(Fəəcaəhəl məxazu ila cizin nəxləti qalət yaləytəni mittu qəblə haza və kuntu nəsyən mənsiya fənadaha mintəhtiha əlla təhzəni qəccələ rəbbuki təhtəki səriyya və huzzi iləyki bicizin nəxləti tusaqit ələyki rutəbən cəniyya). Sonra uca səslə deyin: (Vəllahu əxrəcəkum minbutuni ummahatikum la tələmunə şəyən vəcəələ ləkumus-səmə vəl əbsarə vəl əfidətən ləəlləkum təşkurun kəzalikə uxruc əyyuhət-tələqu uxruc bi-inzillah).
2. İmam Sadiq (ə) bu aşağıdakı ayəni kağıza yazıb hamilə qadının kürəyinə bağlamağı tövsiyə edir. Doğuş başa çatdıqdan sonra həmin ayəni bir saatda olsa onun kürəyində saxlamaq olmaz, çünki qadın uşaq dünyaya gətirdikdən sonra nifas halında olur (nifas on gün çəkir). (Əvələm yərəlləzinə kəfəru ənnəssəmavati vəl ərzə kanəta rətəqən təfətəqnahuma vəcəəlna minəl mai kullə şəyin həyy əfəla yöminunə və ayətun ləhumulləylu nəsləxu minhunnəharə fə izahum muzlimun vəşşəmsu təcri limustəqərrin ləha zalikə təqdirul əzizil əlim vəl qəməru qəddərnahu mənazilə hətta adə kəlurcunil qədim ləşşəmsu yənbəği ləha əntudrikəl qəmərə vələl-ləylu sabiqunnahari və kullun fi-fələkin yəsbəhun və ayətun ləhum ənna əməlna zurriyətəhum fil-fulkil məşhun və xələqna ləhum min mislihi ma yərkəbun və innəşə nuğriq-hum fəla sərixə ləhum vəlahum yunqəzun illa rəhmətən minna və mətaən ilahin və nufixə fis-suri fə izahum minəl əcdasi ila rəbbihim yənsilun). Sonra kağızın arxasında bu ayəni yazın (Kəənnəhum yəvmə yərəvnə mayuədunə ləm yəlbəsu illa saətən min-naharin vəlağun fəhəl yuhliku illəl qəvmul fasiqun kəənnəhum yəvmə yərəvnəha ləm yəlbəsu illa əşiyyətən əvzəhiha).
İmam Baqir (ə) buyurur: "Ən yaxşı adlar Allahın qulluğuna dəlalət edən adlardır. Məsələn Peyğəmbərin (s) ən gözəl adlarından biri olan Abdullah".
Əli (əleyhissəlam) buyurur: "Ata öz uşağına ana qarnında olduğu zaman (4 aylıqdan sonra bir oğlan adı bir qız adı) ad qoymalıdır.
Həzrəti Məhəmməd (s), qızı Fatimə (ə) hamilə olduğu zaman qarnındakı uşağa MÖHSÜN (muhsin, yəni ehsan edilən) adını qoydu, amma uşaq Əhli-beyt düşmənləri tərəfindən şəhid edildi. Möhsün vaxtından tez ana qarnından düşdü. Bu hadisə Peyğəmbərin (s) ölümündən sonra baş vermişdir.
Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Dörd oğlundan birinə Mənim adımı qoymayan kəs Məndən üz döndərmişdir".
İmam Musa (ə) buyurur: "Allahın fəqir və imkansız qulları Məhəmməd, Əhməd, Əli, Həsən, Hüseyin, Cəfər, Talib, Abdullah və Fatimə adları olmayan evlərə daxil olmazlar".
Bilin ki, Şeytan Məhəmməd və Əli adlarını eşitdikdə suya dönür və əli hər yerdən üzülür. Əhli-beyt düşmənlərinin adını eşitdikdə isə böyük fərəh hissi keçirir.
İmam Sadiqin (ə) səhabələrindən biri oğlunun adını Məhəmməd qoyur. İmam Sadiq (ə) uşağın atasına göz aydınlığı verdikdən sonra deyir: İndi ki, uşağın adını Məhəmməd qoymusan, gərək onun tərbiyəsinə xüsusi diqqət yetirəsən. Ona acı söz deyib vurma. Allahın mələkləri Məhəmməd adı olan evləri əziz və müqəddəs bilərlər.
Peyğəmbərdən (s) bu məzmunda nəql olunmuş bir hədisdə deyilir: "Uşaqlarınızı Allaha xas olan sifətlərlə (Həkim, Həkəm, Xalid, Malik və başqaları) adlandırmayın. Bu dörd künyəni də onlara qoymayın "Əbul Qasim, Əbul İsa, Əbul Həkəm, Əbul Malik".
Uşaqlarınızın adı Məhəmməd olarsa ona O Həzrətin künyəsini (Əbul Qasim) qoymayın. Uşaqlarınıza Yasin adını da qoymayın. Bu ad Həzrəti Məhəmmədə (s) məxsus bir addır.
Başqa bir hədisdə deyilir: "Məşvərət üçün bir yerə toplaşanların içində Əhməd, Məhəmməd, Hamid, Mahmud adlı kəslər olarsa yaxşı olar ki, onların rəyini qəbul edəsiniz. Və məclisə Məhəmməd adlı bir uşaq gələrsə onun üçün ayrıca yer ayırın. Agah olun ki, bu müqəddəs və Allah yanında çox əziz bir addır. Uca Allah Məhəmməd adı olan evlərə səhər və axşam bir mələk göndərər və mələk həmən ev sahibləri üçün dua edər.
"Fiqhur-Rza"-da deyilir: "Uşağa ana qarnında ad qoyulmazsa gərək yeddi günlüyündə ona bir ad verilsin, sonra niyyət edib uşağa qüsl verilsin". Niyyət bundan ibarətdir: Yeni doğulmuş körpəyə Allaha xatir qüsl verirəm. Su birinci uşağın başına, sonra sağ tərəfinə daha sonra sol tərəfinə tökülür.