Müasir şəraitdə biz ictimai həyatın müxtəlif sahələrində əsaslı dəyişikliklərin şahidi oluruq.Bu proses dünya ölkələri-ni geniş miqyasda əhatə edərək, onların sosial-iqtisadi yüksəlişində qlobal meyllərlə səciyyələnir.Müasir dünyanın inkişafı, bu mənada, vahid bir üzvi prosesi xatırladır və burada ayrı-ayrı ölkələrin inkişafını bir-birindən təcrid olun-muş halda təsəvvür etmək qeyri-mümkündür.
Keçid dövründə baş verən proseslərin təhlili, ictimai həyat-ın özünəməxsus bir barometri olaraq, tarixi inkişafın obyek-tiv gedişində müəyyən rol oynayır.Bu dövr yeni sosial, iqtisadi, siyasi, mənəvi və ekoloji ziddiyyətlərin cəmiyyət və təbiət problemlərinin kəskinləşməsi ilə, digər bir tərəfdən isə onların təsiri altında yeni sosial münasibətlərin yaranması, yeni cəmiy-yətin, sosial həyat şəraitinin və tiplərinin formalaşması ilə səciyyələnir.
Son illərdə həm dünya, həm də Azərbaycan elmi ədəbiy-yatında belə bir ifadədən tez-tez istifadə olunur: "postsovet sistemli transformasiya".Bu ifadə bəzi ölkələrin, o cümlədən, Azərbaycanın yaşadığı keçid dövrünü daha düzgün səciyyələn-dirir. Eyni zamanda bu ifadədən məlum olur ki, cəmiyyətdə yeniləşmə prosesi onun bütün sahələrini (iqtisadi, siyasi, sosial, mənəvi) əhatə edir.Dərin təhlil bizə onu deməyə əsas verir ki, Azərbaycanda transformasion proses özündə bir sıra istiqamətləri ehtiva edən çoxşaxəli mürəkkəb prosesdir. Azərbaycan, bir sıra başqa ölkələr kimi inzibati-amirlik iqtisadi sistemindən sərbəst rəqabətə, mülkiyyət müxtəlifliyinə əsaslanan bazar iqtisadiyyatına keçid dövrünü yaşayır.Yeni iqtisadi sistemin qərarlaşması köhnə sterotiplərin ətaləti, yenilərinin isə hələ tam formalaşmaması ilə səciyyələnir.
İnsan cəmiyyətinə hətta kiçicik bir müşahidə zamanı onun məzmunca müxtəlif formalarda və sayca müxtəlif həcmlərdə idarə olunmasını görə bilərik.Hələ qədim zamanlardan insan icmaları mütəşəkkilliyin üstünlüyünü dərk etmişlər və onun daha səmərəli təşkil olunması, qorunub saxlanması üçün daim mübarizə aoarmışlar.XX əsrin əvvəllərində idarəetməyə xüsusi diqqət yetirən bəzi görkəmli şəxsiyyətlər cəmiyyətin ümumi vəziyyətini "kəfkirli saata" bənzədirdilər.Kəfkirin hərə-kət etdiyi orbitin bir tərəfində "mütəşəkkilik", digər tərəfində isə "sərbəstlik" (və ya anarxiya) yerləşir.Kəfkir mütəşəkkilliyə yaxınlaşaraq onun ən yüksək zirvəsinə çatdıqdan sonra sanki mərkəzdənqaçma qüvvələri onu yenidən sərbəstliyə doğru aparır.Bu proses digər tərflə nisbətdə yenidən təkrar olunur.
Mütəşəkkilliyin üstünlüyü tarixdə danılmaz faktdır.Az say-da yaxşı təşkil olunmuş silahlı qüvvələrin ondan qat-qat çox olan dağınıq qoşunlar üzərində qələbələri buna əyani sübutdur.