Göbək rəqsləri ? şərqdən gələn qadın sağlamlığı
Qədim tarixə malik göbək rəqsləri gözəlliyi və daxili fəlsəfəsi ilə digərlərindən fərqlənir. Həmçinin bu rəqs qadın orqanizmi üçün sağlamlıq mənbəyidir. Belə ki, gözəl gecədə peyda olan heyrətamiz qadın bu rəqslə istənilən kişinin ağlını başından çıxara bilər
Şərqin resepti.
Gözəlliyi, bədən elastikliyini, dərinin füsunkarlığını və hərəkət zərifliyini qorumaq göbək rəqsinin əsas xüsusiyyətlərindəndir. Bu rəqs dünya səyahətinə 11 min il əvvəl Tibetdən başlayıb. İlk ifaçıları isə kişilər olub. Daha sonra qadınlar bu rəqsi çox bəyənərək, özləri oynamağa başlamışlar. Məhz qadınların ifasında rəqs Yaponiyaya yol açdı. Daha sonra Hindistan, Misir, Vyetnam, Çin, Türkiyə, Afrika, Cənubi Amerika və Slavyan ölkələrinə də gəlib çıxdı.
Qadınlar rəqsin xarakterini dəyişdilər. Gözəlliklərini bir daha xatırlatmaq üçün qadınlar toylarının ildönümündə bu rəqsi həyat yoldaşları üçün oynayırdılar. Dünya səyahəti zamanı da rəqs özünəməxsus dəyişikliyə məruz qaldı. Hər bir Şərq ölkəsi ona yeni element əlavə etdi. İspaniyada bu rəqs dəyişərək indi bizə məlum olan flamenkoya çevrildi. Avropada isə Mata Xari ilə bağlıdır.
Göbək rəqslərinin qadın bədəni və mənəviyyatına müalicəvi təsiri.
Bədənimizdə bir çox komponent və xəstəliklər qorunub saxlanılır. Bunlar öz növbəsində bizim davranış və xarakterimizə öz təsirini göstərir. Bədənin aşağı hissəsində utancaq seksuallıq yığılır, bükülmüş və sanki sərbəstlikdən məhrum yuxarı hissə mənəvi aləmin qapalılığını və ətrafdakılarla ünsiyyətdən məhrum olmanı göstərir. Rəqslə məşğul olma zamanı mənəvi qapalılıq aradan götürülür, psixoloji özünü hiss etmə yaxşılaşır. Bununla da, qadının daxili və xarici gözəlliyinə əminliyi yaranır. Gözəlliyini dərk edən qadın isə şəxsi və intim həyatını tam şəkildə normallaşdırır. Rəqsin daxili fəlsəfəsinə gəlincə - çətin və gözəl hərəkətlər müəyyən informasiya daşıyıcısıdır. Həyata olan münasibət jest və hərəkətlərin dili ilə ifadə olunur. Rəqsin məqsədi ? öz bədənini hiss etmək və qadınlığını mükəmməl şəkildə büruzə verməkdir. Göbək rəqslərinin əsasında temperament və baza qaydalar, hərəkətlər əsasında improvizələr etmək dayanır. Əsas hərəkətlər ? arxaya və qabağa həcmli 8-liklər, ?yırğalanan beşik?, ?dalğa?, həmçinin zərbəvari hərəkətlərin dövrü hərəkətidir. Bu hərəkətlər gözəl olmaqla bərabər, müalicəvi təsirə malikdir. Baxmayaraq ki, rəqsi yalnız göbəklə əlaqələndirirlər, burada budlar, əllər, çiyin, onurğa da hərəkətdədir. Rəqs zamanı əsas ağırlıq qarın və onurğa əzələlərinə düşür. Bu da öz növbəsində bir çox qadın problemlərini həll etmiş olur: qaməti düzəldir, orqanizmi doğuş prosesinə hazırlayır. Göbək rəqsi ürək-damar sisteminə, hipertoniya və boyun ostrexondrozuna da müsbət təsir göstərir. Rəqslə məşğul olmağa başlamamışdan öncə mütləq həkimlə məsləhətləşin. Çünki bəzi xəstəliklər zamanı bu rəqs əks reaksiya verə bilər. Bu, bəzi ginekoloji xəstəliklər, mədə yarası, ürək və ağciyərdə problemlərlə əlaqədardır. Şərq rəqsi qaməti yaxşılaşdırdığı üçün bəzən yüngül formada skoliozlara müsbət təsir göstərir. Yaxşı olar ki, bu rəqslə hamiləliyə qədər və hamiləlikdən sonra - bədən formasını bərpa etmək üçün məşğul olasınız.
Gələcək analara məsləhət
Yaxın şərqdə gənc qızlara bu rəqsi öyrətməklə onları doğuşa hazırlayırlar. Əgər siz psixoloji olaraq ana olmağa hazırsınızsa, o zaman fiziki hazırlığa başlayın. Göbək rəqsi ayaq əzələləri və damarlara ağırlıq gətirir ( varikoz üçün yaxşı profilaktikadır), çiyin xəttindəki əzələlərə tonus verir (bu, sinənin formasını saxlamağa kömək edir), kürək əzələlərini gərginlik üçün hazırlayır. Bütün bunlar isə doğuş prosesini yüngülləşdirir.
Sizin öhdənizə düşən topik kofta və enli ətək geyinərək belinizə muncuq və pulcuqlu yaylıq bağlayıb, qadın üçün vacib olan özünüdərk dünyasına baş vurmaqdır. Belə olduğu halda, əziz qadınlar, hər biriniz sevimli kişinizi sultan edərək onu 1001 gecə nağıllarına aparacaqsınız.