Saçları ev şəraitində saraltmağın qaydaları

Son güncelleme: 08.02.2010 22:15
  • noimage

    Kimyəvi üsulla burulmuş və ya düzləşdirilmiş saçları saraltmaq olmaz. Kimyəvi burulmadan sonra saçları saraltmaqdan ötrü aradan azı 4 həftə vaxt keçməlidir, çünki kimyəvi maddələrin təsiri saçların sağlamlığına mənfi təsir göstərir.

    Qablaşdırmanın üstündəki şəkilə baxıb aldanmayın. Birinci dəfədən həmin effekti əldə etmək qeyri - mümkündür. Burada bir sıra amillər, o cümlədən saçların təbii rəngi vacib rol oynayır.

    Saçları saraltmazdan əvvəl 100 dəfə ölçüb - biçin. Saçlarınız anadangəlmə qırmızıdırsa, onlar böyük çətinliklə saralacaq. Belə saçları 1 -2 ton açmaq olar, ama sarı effekti əldə etmək qeyri - mümkündür. Saçlarınız qaradırsa, saraltmaq proseduru saçlarınızın vəziyyətinə mənfi təsir göstərə bilər. Bundan əlavə, sarı saçlar sizə yaraşmaya da bilər! Saçlarınızçox uzundursa, onları saraltmaqdan ötrü yalnız peşəkara müraciət edin. Saçları evdə özbaşına saraltmaq məsləhət görülmür.

    Saçları ev şəraitində saraltmağın qaydaları

    Qablaşdırmanın üzərində qeyd olunan təlimatı oxuyun. Bu ən vacib amillərdən biridir, çünki hər saç boyasının özünəməxsus istifadə qaydası var. Onlara diqqətlə riayyət etsəniz bir çox xoşagəlməzliklərdən qurtulacaqsız. Məslən: saç boyasını təmiz saçlara deyil, çirkli başa qoyanda boya daha yaxşı tutur. Bundan əlavə istənilən nəticəni əldə etməkdən ötrü hansı rəngləri qarışdırmaq lazım olduğu da adətən qablaşdırmanın üzərində qeyd olunur.

    Saçlarınızı ev şəraitində saratmazdan əvvəl test aparın. Istənilən nəticənin alınacağına əmin olmaqdan ötrü bunu mütləq edin. Saçlarınızın az hissəsinə boya qoyun və gözləyin. Test boyanın saxlama müddətini təyin etməyə kömək edəcək. Dəri üzərində də test aparmağı unutmayın. Əlinizin üst hissəsinə boya çəkin. Və bir neçə müddəy gözləyin. Dəriniz qızarsa tez əlinizi yuyun və həmin boyanı bir daha istifadə etməyin.

    Saçlarınızı boyayarkən diqqətli olun. Güzgü qarşısında oturun, bütün ləvazimatları qabağınıza yığın və tələsmədən işə başlayın. Telefon zəng çalsa, qonaq gəlsə və ya tavada yeməyiniz yansa belə, işinizi yarımçıq saxlamyın.

    Boyanı çəkdikdən sonra vaxta diqqət yetirin. əksər qadınlar saçlarını qismən saraltmadan ötrü 25 dəqiqə əvəzinə 10 dəqiqə gözləyirlər. Bu səhv fikirdir, boyanı yarımçıq dayandırsanız, saçlar sarı əvəzinə narıncı rəngli alınacaq. Vaxtından artıq saxlayanda isə onlar yana bilər. Saçlarınızın rənginin tez açılmasından ötrü başınızı dəsmalla bağlamayın. Prossesi tezləşdirmədən ötrü fendən istifadə edə bilərsiniz.
#08.02.2010 22:15 0 0 0