Zamiq Eliyev

Son güncelleme: 09.02.2010 22:25
  • Əliyev Zamiq Balarza oğlu 12 may 1950-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil almışdır. 1970-ci ildə o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi qəbul olmuşdur. Sənətçi 50-dən çox xarici ölkədə Azərbaycan xalq musiqisi və muğamlarını layiqincə təmsil etmişdir.

    Yetirməsi Simarə İmanova ilə 1997-ci ildə ilk dəfə olaraq Səmərqənddə 'Şərq Təranələri' festivalında Qran-Pri mükafatına layiq görülmüşdir.

    1998-ci ildə Z.Əliyev Respublikanın Əməkdar Artisti, 2006-cı ildə isə Xalq Artisti fəxri adına layiq görülmüşdur.

    Hal-hazırda Z.Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışır, dosentdir.

    2008-ci ildə Xalq Artisti fəxri adına layiq görülmüşdür
#09.02.2010 22:25 0 0 0