Eldar Mansurov

Son güncelleme: 09.02.2010 22:26
  • Eldar Bəhram oğlu Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə musiqiçi ailəsində anadan olmuşdur. 1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində,

    1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.

    Bəstəkarlıq fəaliyyəti dövründə "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir.

    Bir çox filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.

    1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin katibidir.

    Ailəlidir, 2 oğlu var.

    Bəstələri arasında "Bayatı" kimi gözəl bir enstrumental parça vardır. "Bayatı" 1989-cu ildə Eldar Mansurov tərəfindən bəstələnib və bu mahnını əvvəlcə Azərbaycanda Brilliant Dadaşova söyləmişdir. Bundan sonra "Bayatı" məşhur olmuş, Rusuyada və Orta Üsyankarada populyar olmuş idi.

    1993-cü ildə "Bayatı" Türkmənistanın Aşqabad qrupu ilə "Ashkabad city of love" ədli albumda iştirak etmişdir. Türkmənistanın Aşqabad qrupu "Bayatı" ilə bütün dünyada məşhur olmuş idi.

    Daha sonralar və bu günə qədər "Bayatı" Yunanıstanda, Bresildə, Espanada, Almaniyada, ərəblərdə və bir çox ölkelerdə çox məşhur olmuşdur.

    Sezan Aksu onun "Bayatı" adlı musiqisinə "Zalım" adlı sözlərini yazdı.
    Levent Yüksəlində səsləndirdiyi və klip çəkdiyi Zalım mahnısının müziyidə Eldar Mansurova aiddir. Son zamanlar İzmirin məşhur rok qruplarından "Zəngli saat" 'Zalıma yeni tənzimləmə etdi.

    Əsərlərinin siyahısı

    "12 prelüd" f-no üçün-(1974)
    "Sonatina" f-no üçün-(1975)
    "Poema" violin və f-no üçün-(1976)
    "Simli kvartet №1"-(1977)
    "Konsert" violin ilə simfonik orkestr üçün-(1978)
    "Simfoniya № 1"-(1979)
    "Simli orkestr üçün pyeslər"-(1979)
    "Simli alətlər üçün musiqi"-(1980)
    "Pastoral" simli kvartet üçün-(1981)
    "Bayatılar" а`каpellа xoru üçün-(1981)
    "Simfoniya №2" kamera orkestri üçün-(1981)
    "2 romans" bariton səs və f-no üçün-(1982)
    "Adajio və skertso" fleyta və f-no üçün-(1982)
    "Simfoniya № 3"-(1982)
    "Uşaq xoru üçün 2 mahnı"-(1982)
    "Nəfəsli septet üçün 6 pyes"-(1983)
    "Saqinamə" tar və simli kvartet üçün-(1983)
    "Nəfəsli aləylər orkestri üçün marş"-(1983)
    "Kamera orkestri üçün Pastoral"-(1984)
    "Violin və f-no üçün sonata" (1985)
    "Vətənim mənim" uşaq xoru üçün mahnılar silsiləsi-(1985)
    "Каntata - "Ölməzliк" B.Vəziroğlunun sözlərinə-(1985)
    "Uşaqlar üçün f-no pyesləri silsiləsi-(1986)
    "14 prelüd" f-no üçün-(1986)
    "Simli kvartet № 2"-(1986)
    "6 prelüd" f-no üçün-(1986)
    "Rubato" кlavesin, çelesta və f-no üçün-(1986)
    "Rübai"-Ö.Xəyyam,M.Gəncəvi və S.Şirazinin sözlərinə а`каpellа xoru üçün-(1987)
    "2 kontrabas üçün pyeslər"-(1988)
    "Muğam-dəstgah" orqan üçün-(1989)
    "Mahur-Hundi" simfonik muğamı-(1990-1991)
    "Simfoniya № 4"-(1991)
    "Freskalar" kamera orkestri üçün-(1991)
    "Аdajiо" violin və simfonik orkestr üçün-(1991)
    "Passakaliya" simfonik orkestr üçün-(1991)
    "Estrada-simfonik orkestri üçün pyeslər-(Müxtəlif illər)
    "3000-dən çox mahnılar və instrumental musiqi-(Müxtəlif illər)
    "'Bəhramnamə' ' tar,simfonik orkestr və rok qrupu üçün musiqi-(2004)
    ""Кleopatra" - rок-balet-(1998)
    "Оlimp" - 1 pərdəli rок-balet-(2004)
    "Yeddi gözəl" - rок-оperа-(2005).
#09.02.2010 22:26 0 0 0