Həbib Bayramov

Son güncelleme: 09.02.2010 22:27
  • Həbib Bayramov 14 iyun 1926-cı ildə anadan olmuşdur.

    Tarzən. Azərbaycanın xalq artisti (1983).

    1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək ansamblın bədii rəhbəri olmuşdur.

    Repertuarında "Rast", "Şur", "Cahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu.

    Onun sənəti yüksək ifaçılıq mədəniyyəti ilə fərqlənirdi.

    Həbib Bayramov 15 avqust 1994-cü ildə vəfat etmişdir.
#09.02.2010 22:27 0 0 0