Könüllü sədəqəni, çox vermək müstəhəbdir. Uca Allah buyurur: «Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir, (buna layiq olanları) biləndir».
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Hər gün insanlar səhərə çıxdıqda iki mələk nazil olar. Onlardan biri deyər ki, Allahım sədəqə verənə bunun əvəzini ver. Digəri isə deyər ki, Allahım xəsislik edib sədəqə verməyənə xəsarət ver»
Müsəlmanın sədəqəsinə ən layiq olan kimsə, onun ailəsi, qohum-əqrəbasıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Miskinlərə kömək etmək sədəqədir. Qohum-əqrəbaya kömək etmək isə iki savabdır. Həm sədəqə, həm də qohumluq əlaqələrini qorumaq»