Heykəltəraş, Respublikanın xalq rəssamı, Milli Elmlər Akademiyasının həqiqi üzvü (2001il), Dövlət Rəssamlıq Akademiyasının rektoru (2000 il), SSRİ Dövlət (1980 il, Düşənbədətacik maarifçi - şair Sədrəddin Ayninin abidə - ansamblına görə) və Azərbaycan SSR (1982 il) Mükafatları laureatı Ömər Eldarov
Heykəltəraş, Respublikanın xalq rəssamı, Milli Elmlər Akademiyasının həqiqi üzvü (2001il), Dövlət Rəssamlıq Akademiyasının rektoru (2000 il), SSRİ Dövlət (1980 il, Düşənbədətacik maarifçi - şair Sədrəddin Ayninin abidə - ansamblına görə) və Azərbaycan SSR (1982 il) Mükafatları laureatı Ömər Eldarov 1927 ildə Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olmuşdur. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra (1941-1944 illər) Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqrada (Sankt-Peterburq) İ.Y. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq İnstitutunun heykəltəraşlıq fakultəsində təhsilini davam etdirmişdir. 1946 ildən etibarən sənətkar mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq bədii sərgi və müsabiqələrin iştirakçısıdır. 1953 ildən Ömər Eldarov SSRİ Rəssamlar İttifaqının üzvüdür. Sənətkarın əsərləri respublikanın və bir sıra xarici dövlətlərin şəhərlərini bəzəyir, onun yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın (1960 il, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963 il, Bakı), dramaturq Hüseyn Cavidin (1993 il, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987 il, Naxçıvan) , Sapun dağı hücumu iştirakçıları olmuş 72 -ci diviziyanın əsgərləri "Azərbycanın qorxmaz oğul və qizlarına" həsr olunmuş memorial (1974 il, Sevastopol), Sədrəddin Ayninin (1979 il, Düşənbə), İbn Simanın (1980, Düşənbə), professor İxsan Doğramacının (2001 il, Anqara), Heydər Əliyevin (2001 il, Qars) heykəlləri , bəstəkar Üzeyir Həcibəyovun (1955 il, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974 il, Bakı), bəstəkar və caz musiqiçisi Vagiq Mustafazadənin (1984 il, Bakı), dirijor Niyazinin (1989 il, Bakı), yazıçı Süleyman Rəhimovun (1991 il, Bakı), bəstəkar Fikrət Əmirovun (1988 il, Bakı), şərqşünas-tarixçı, akademik Ziya Bunyadovun (2000 il, Bakı), akademik Həsən Əliyevin (1988 il, Bakı) xatirə abidələri "Elegiya" abidəsi (1989 il), akademik Zərifə Əliyevanın (1995 il , Bakı) və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2004 il, Bakı) qəbirüstü abidələri vardır. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qabildən olan "Qızım Lalənin portreti", "Oğlum Müslümun portreti", "Analıq" , "İlin dörd fəslı", "Bacılar" əsərləri şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayini etdirilmişdir.
Yaradıcılıqla yanaşı olaraq Ömər Eldarov həm də respublikanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958-1968 illərdə o respublika Rəssamlar İttifaqının Katibliyinə üzv seçilmiş, 1968-1971 illərdə isə həmin qurumun idarə heyətinin sədr müavini vəzifəsində çalışmışdır. 1970 ildə Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilmişdir. Bu iilər ərzində onun tərəfindən bir necə nəsil istedadlı peşəkar-rəssam yetişdirilmişdir. Ömər Eldarov 1969 - 1973 illərdə Bakı Sovetinin deputatı seçilmiş və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışmışdır. 1995-olərdə Ömər Eldarov ölkənin ali qanunverici orqanı olan Milli Məclisə deputat seçilmişdir. Ömər Eldarov mədəniyyət üzrə bir çox hökumət nümayəndə heyətlərinin və dövlət komissiyalarının iştirakçısı və üzvü olmuşdur.
Məşhur mədəniyyət və incəsənət xadimi, bacarıqlı təşkilatçı və pedaqoq Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O "Şərəf nişanı" (1959 il) və müstəqil Azərbaycanın ali dövlət mükafatı olan "İstiqlal" (1997 il) ordenləri ilə təltif olunmuşdur. Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti respublikanın 20 və 21-ci yüzillikləri hüdudlarındakı mədəni və bədii həyatına böyük təsir göstərməkdədir.
Cox efsuslar olsun ki menfur ermeniler bizim xalcalarada haq bildirirler,hette xalca muzeyide aciblar.Bizim qedim xalcalari oz adlari ile teqdim edirler.Niye bizim olan milli deyerlerimize sahib cixa bilmierik?Men xalcaci ressam ixtisasi uzre tehsil aliram