Azerbaycanin xalq Ressami Beykisiyev Nazim Zohrab oglu haqqinda
Nazim Zöhrab oğlu Beykişiyev 1948-ci il iyun ayının 29-da Bakı şeherinde anadan olmuşdur.
Beykişiyev Nazim Zöhrab oğlu 1969-cu ilde E.Ezimzade adına Ressamlıq mektebinin rengkarlıq fakültesini bitirib.1975-ci ilde Moskva Dövlet Teatr Seneti İnstitutunun teatr ressamı fakültesini bitirib.
Nazim Beykişiyev Musiqili Komediya teatrında:
* R.Heyder «Qızıl toy»,
* C.Memmedov «Qaçırılmış qız»,
* X.Hasilova «Neğmeli Könül»,
* Ü.Hacıbeyov «O olmasın, bu olsun»,
* R. Ehmedzade «92 deqiqe gülüş» ve s.,
Dövlet Gencler Teatrında:
* R.Elizade «Dadaşbala emeliyyatı»,
* C.Memmedquluzade «Qurbaneli bey»,
* D.Mehti «Valeh, kendine qayıt»,
* X.Bağırova «Eylenceli seyahet»,
* K.Aktay «Deli Domrul»,
* E.Emirli «İyirmi il sonra»
* B.Vahabzade «Atamın kitabı» ve s.
Akademik Milli Dram Teatrında:
* S.Rehman «Eliqulu evlenir»,
* H.Cavid «İblis»,
* R.Elizade «Günah»,
* M.F.Axundov «Lenkeran xanının veziri»,
* V.Semedoğlu «Yayda qartopu oyunu»,
* Şekspir «Hamlet»,
* H.Cavid «Afet»,
* O.İoseliani «Kaş araba aşmamayaydı!..»
kimi sehne eserlerine bedii tertibat vermişdir.
2001-ci ilden Akademik Milli Dram teatrında Nazim Beykişiyev baş ressam kimi fealiyyete başlayıb.
Fexri adları, mükafatlar, nailiyyetler
Nazim Beykişiyev 1984-cü ilde Respublika Dövlet Mükafatına ve 2002-ci ilde Azerbaycan Respublikasının «Emekdar ressamı», 2007-ci ilde - "Xalq ressamı" fexri adına layiq görülmüşdür.